2021-03-30 13:20:17 | CƏMİYYƏT
Mart soyqırımı, itirilmiş məqamlar

Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il mart soyqırımları çox ağrılı və ibrət dərsi götürməli tarixdir. Ona görə, ibrət dərsi götürməliyik ki, həmin dövrü vətəndaş olaraq öyrənsək bir çox qaranlıq mətləblərə işıq salarıq. Digər tərəfdən tarix, keçmişdən ibrət dərsi götürüb gələcəyi qurmaq üçün önəmli bir məqamdır.

1918-ci il hadisələrini, ümimilikdə mart soyqırımlarını tədqiq edəndə bu qənaətə gəlmək olar ki, o zaman ermənilərin və onların havadarlarının məqsədi nəyin hesabaına olursa Azərbaycan türklərini bu regiondan yox etmək idi. Neftlə zəngin olan Bakını bolşevik Rusiyasının nəzarətində olan erməni şəhərinə çevirmək hədəflərdən biri olub. Lakin düşmən qüvvələrin bu iyrənc, qanlı planları baş tutmadı.

Böyük saxtakarlıq xəstəliyinə tutulan ermənilər Bakını bütün dövrlərdə erməni şəhəri kimi dünyaya təqdim etməyə cəhd göstəriblər. Bu bədnam topluma məxsus olan Baku.am saytı vasitəsilə nəinki Bakının tarixini, hətta bütün tarixi faktları, xüsusilə 1918-ci il hadisələrini tamamilə saxtalaşdırıblar. Saytda göstərilir: “Qafqaz tatarlarının qeyri-qanuni hərbi dəstələri birləşdilər. Türk qüvvələri Bakı istiqamətində hərəkət etdilər. Beləliklə, sentyabrın 15-də erməni hərbi bölmələrinin və onların mütəffiqlərinin müqavimətini qırmaqla, türk-azərbaycanlı qüvvələri iki istiqamətdə Bakıya daxil oldular, Bakı işğal edildi”.

Region və ümumiyyətlə, Bakı şəhərinin tarixi haqqında məlumatı olmayan əcnəbi həmin saxtakar yazıları oxuyandan sonra düşünə bilər ki, Bakı qədim erməni şəhəridir. "Baku.am" saytı Bakı şəhərinin tarixini saxtalaşdıraraq daha bir addım atır. Saytda çox məkrli şəkildə guya paytaxt Bakının erməni icmasının "zəngin keçmişini", "varisliyini” aydınlaşdırmaq, təqdim etmək istəyi olub və erməni müəlliflərin bu sahədə uğursuz cəhdləri var.

Onu qeyd etmək istərdim ki, 1918-ci il soyqırımının coğrafiyası çox geniş olub. Öncə ondan başlayaq ki, Azərbaycanın elə yaşayış məskənlərində qətliamlar baş verib ki, onun yenidən tədqiqatına ehtiyac var. Hadisələr yalnız Bakıda və digər mərkəzi şəhərlərdə baş verməmişdi. Soyqırımın baş verdiyi yaşayış məskənlərindən biri Qobustan rayonunun Sündü kəndidir. (Vaxtılə Şamaxının inzibatı ərazisi olub) Onu da qeyd edək ki, 5 min illik tarixi olan Sündü kəndinin əhalisinin bir gecənin içərisində 40 faizə yaxını qətlə yetirilib.

1992-ci ildə baş verən Xocalı faciəsi qədər dəhşətli olan azərbaycanlıların 1918-ci il soyqırımı hadisələri yetərincə araşdırılmayıb. Ən dəhşətlisi odur ki, bu soyqırımlar haqqında bu vaxta qədər çox səthi və bir çox hallarda statistik məlumatlara rast gəlmək olur. Belə faktların və yaşayış məntəqələrinin siyahısını xeyli artırmaq olar. Bu hadisələr zamanı kifayət qədər şahidlər olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə yaradılan və fəaliyyət göstərən istintaq komissiyasının materialları ilə tanış olanda görürük, bu, fədakar insanlar qısa müddətdə nə qədər ciddi araşdırmalar aparıblar. Avtomobilin, texnikanın olmadığı həmin dövrdə soyqırımın baş verdiyi bütün kəndlərdə bu komissiya araşdırma aparıb, qətlə yetirilən insanların yaxınları, ümumilikdə erməni vəhşiliyini öz gözləri ilə görən şəxslər dindirilib, protokollar tərtib olunub. O zaman həmin istintaq komissiyası belə obyektiv tədqiqatlar aparmasaydı bəlkə də bu gün biz 1918-ci il soyqırımlarını qaranlıq tarix kimi unutmuşduq.

Ötən əsrin 90-cı illərindən sonra bu sahədə xeyli işlər görülsə də ictimaiyyət tam məlumatlanmayıb. Həmin hadisələrin soyqırım aktı kimi dünyada tanınmasına nail olmamışıq. 1918-ci il soyqırımı aktını dünyada qəbul etdirmək məqsədilə ilk öncə Azərbaycanın daxilində bu hadisələr dərindən tədqiq edilib ictimaiyyətə geniş şəkildə çatdırılması vacibdir. Burada elmi araşdırılmalarla, kitabların kütləvi nəşri ilə bərabər bu soyqırımın mahiyyətini açıb göstərən sənədli və bədii filmlərin çəkilməsinə ehtiyac var.

Biz bir neçə il öncə 1918-ci il hadisələrini qismən də olsa tədqiq etməyə çalışdıq. Soyqırımın coğrafiyasını nəzərə alaraq Azərbaycanın 5 rayonun (Quba, Şamaxı, Şabran, Qobustan, Ağsu) 30-a yaxın kəndində olaraq xeyli sayda insanlarla söhbət aparmışıq. Birbaşa 1918-ci il hadisələrinin iştirakçıları, canlı şahidləri təbii ki, indi dünyalarını dəyişiblər. Biz o zaman topladığımız bu faktları informasiya çevirərək canlı şahidlərin iştirakı ilə kitab nəşr etdik (news | FACT-INFO.AZ (fact-info.az), AR Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində sənədli film (1918-ci il hadisələri - Unudulmayan tarix (2018) - YouTube)çəkə bildik.

Araşdırmalarımız bir neçə istiqamətdə olub. İnsan faktoruna dəyən ziyanla bərabər həmin dövrdə Azərbaycanın maddi və mədəniyyət resurslarlarına, tarixi-memarlıq abidələrinə, ziyarətgahlarına qarşı törədilən vəhşiliklər haqqında məlumatlar toplanılıb.

Əkrəm Bəydəmirli

Baxış sayı : 642
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36