CƏMİYYƏT
A- A A+

“Münaqişənin təcili həlli tapılmalıdır”

2016-01-27 09:40:35

Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da hesabatla çıxış edən Avropa Şurasının Baş Katibi Tyorbörn Yaqlanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməməsi səbəbindən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan haqları barədə sual ünvanlayıb

"Sizcə Avropa və Avropa Şurası insanları öz evlərindən qaçqın və məcburi köçkün salan səbəblərə qarşı daha sərt mübarizə aparmalı deyilmi?"- deyə müraciət edib. Baş katib millət vəkilinin fikirləri ilə razılaşıb.

Millət vəkili Q.Paşayeva deyib: "Cənab Baş katib, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə hələ də dönə bilmir. İndi isə biz Suriyadan, İraqdan köçkün düşərək Avropaya üz tutan isanların problemlərini müzakirə edirik. Sizcə, Avropa Şurası və ümumilikdə Avropa, insanları köçkünə çevirən səbəblərə qarşı daha fəal mübazə aparmalı deyilmi? Yəni problemlərin əsas səbəblərinin həlli istiqamətində Avropa qurumlarının fəallığını daha da artırması vacib deyilmi, Sizcə? Və Sizin fikrinizsə bu addımlar necə olmalıdır? Çünki köçkünə çevrilən insanların sayı getdikcə daha da artır və bu vəziyyəti daha da gərginəşdirir».

 Suala və müraciətə cavab verən Avropa Şurasını baş katibi deyib: "Mən belə başa düşürəm ki, Siz Dağlıq Qarabağ münaqişəsindən irəli gələn məsələyə toxunursuz. Mən bu Assambleyada bir neçə dəfə bunu demişəm, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması ilə ATƏT-in Minsk qrupu məşqul olur. Amma mən sizinlə o baxımdan razıyam ki, bu münaqişənin təcili olaraq həlli yolları tapılmalıdır. Və bir daha deyim ki, bu münaqişənin həll edilməsi öhdəliyi Azərbaycan və Ermənistan üzərinə düşür. Onların Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq öhdəlikləri olduğundan, bu münaqişənin həllində də insan hüquqları məsələləri üstünlük təşkil etməlidir. Bizim hazırda qarşılaşdığımız qaçqınlar probleminin yeganə həlli yolu müharibələrə, münaqişələrə son qoyulmasıdır. Çünki bu qaçqın, məcburi köçkünlər axınını yaradan məhz müharibələrdir. Ona görə də mən, bu siz qeyd etdiyiniz münaqişənin həlli istiqamətindəki bütün təşəbbüsləri dəstəkləyirəm. Əmin olun ki, münaqişənin həlli yollarının axtarılmasında Avropa Şurasından hansısa töhfələrin verilməsi lazım olsa, mən buna çevik bir şəkildə reaksiya verməyə hazıram».

Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1211

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...