2021-03-23 08:50:08 | AKTUAL
"İçməli sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacibdir"

Hazırda Azərbaycanda yerüstü su ehtiyatları 30 km3 təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 km3-ə qədər azalır.

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 mart - Ümumdünya su günü ilə bağlı yaydığı xəbərdə bildirilir.

BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən içməli suyun əhəmiyyətinə, vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 22-si Ümumdünya su günü kimi qeyd olunur.

Bu günün keçirilməsində məqsəd su ekosistemlərinin mühafizəsində hər kəsi fəal olmağa çağırmaq, suya qənaət edilməsinə diqqət çəkmək və bu sahədə maarifləndirmə işini gücləndirməkdir:

"Su ehtiyatları dünya dövlətlərinin hər biri üçün ən qiymətli resurslardan biridir, lakin planetdə olan mövcud ehtiyatlar dünya ölkələri arasında qeyri-bərabər paylanıb və milyardlarla insan içməli su çatışmazlığından əziyyət çəkir.

Bu səbəbdən suya qənaət, ondan səmərəli istifadə, insanların suya münasibətinin köklü surətdə dəyişməsi müasir dünyanın ən aktual məsələlərindən biridir. Odur ki, ölkədə su ehtiyatlarının qənaətlə, səmərəli istifadəsi və inteqrasiyalı idarə edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda, əhali qrupunun da içməli suya qənaət etməsi və bu sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacibdir.

Su bəşəriyyətin ali nemətidir, su həyatdır, su varlığımız və gələcəyimizdir, suya qənaət etmək isə mütləqdir!".

Baxış sayı : 128
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36