TƏDQİQATLAR
A- A A+

“Yaddan çıxmaz Qarabağ” 4 dildə çıxdı

2015-04-08 19:20:04

“Yaddan çıxmaz Qarabağ” kitabı 4 dilə tərcümə olunub.

Azərbaycan Maarifçi Gənclər Təşkilatının (AMGT), Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Yaddan çıxmaz Qarabağ” kitabı 4 dilə tərcümə olunub. Kitabın rus, türk, ingilis və alman dillərinə tərcümə edilməsini reallaşdıran layihənin məqsədi Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına nail olmaqdır. Kitabda Qarabağı görməyən 22 gəncin xəyal dünyasındakı ata-baba yurdlarından təsirli söhbətlər yer alır. Günay Malikqızının müəllifi olduğu “Yadda çıxmaz Qarabağ” kitabı ilk dəfə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan dilində nəşr olunub. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində AMGT “ Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və inteqrasiyanın gücləndirilməsinə dəstək” adlı layihənin məhsulu olan nəşrdən müxtəlif rayonlarda yaşayan və bir-biri ilə sıx əlaqəsi olmayan qaçqın və məcburi köçkün gənclər bəhrənələniblər. Kitabın müəllifi Günay Malikqızı bildirir ki, köçkün həyatı yaşayan 22 gənclə tək-tək görüşərək onların xatirələrini qələmə alıb. Nəticədə bu hekayələri bir yerə toplamaq təşəbbüsü ortaya çıxıb: “Ermənilər bu gənclərin təkcə torpaqlarını deyil, uşaqlıq xatirələrini də oğurlayıblar. Vaxt gələcək bu mənəvi oğurluğa görə də ermənilər cavab verəcəklər”. Yaxın günlərdə “Yaddan çıxmaz Qarabağ”ın 4 dildə nüsxələri paylanmağa başlayacaq. Kitab ölkədə fəaliyyət göstərən xarici səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə təqdim olunacaq.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1243

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...