SOSİAL
A- A A+

Dəmir mayor karvanı necə məhv etdi

2016-01-26 20:05:02

Borçalı... Əcdadlarımızın külüng çaldığı, əkib-becərdiyi, pirinə, ocağına səcdə etdiyi ulu yurd

Möhtəşəm qalaları, bənzərsiz abidələri ilə tarixin dərin qatlarına işıq tutan müqəddəs məkan. Kişnərtili dağların sinəsindən dünyaya boylanan, daş heykəllərdə ruhu yaşayan, harayı- hayqırtısı, qılıncının səsi dağlarda əks-səda verən Qazan xan nərəli, Dədə Qorqud haraylı, Burla Xatun ismətli Oğuz eli. Ulularımızdan əmanət qalan və yetərincə qoruya bilmədiyimiz müqəddəs torpaq... Sən açılmayan sirlər beşiyisən. Çünki min illərin ağrılı-acılı, sevincli-nəşəli günlərinə şahidlik etmisən. O günün xatirəsini bu günümüzəcən daşıyan yeganə varlıqsan. Sən ata-babalarımızın ruhunu qamçılayan yadellilərin tapdağına çevrilsən də daşlaşmış izlər, tarixləşmiş nişanələr səni yox olmaqdan qoruyub. Sən nələrə şahidlik etməmisən ki...

Qarayazı meşəsi... Əsrarəngizliyi ilə ruh ovsunlayan çəmənlər, arıların vızıltısından məst olan çiçəklər, kəklik qaqqıltılı yamaclar, qurd ulartısından səksənən barlı-bərəkətli ağaclar sinənin bəzəyidi sənin. Min dərdə dərman olan bitkilər və loğman bulaqlar həmişə yaraların məlhəmi olub. Çoban bayatısı dərələrdə əks səda verəndə qaynar çeşmələr də vəcdə gəlib. Bəzən moruq, çiyələk dalınca ənginliklərə çəkilənləri azdırıb çəkmisən kamına. Bəzən də izsiz-cığırsız cəngəlliklərdə, dumanda-çiskində azanlara bələdçilik etmisən. Elə ona görə də dildən-dilə keçə-keçə şeirləşib, dastanlaşmısan.

Borçalı dediyimiz bu ulu yurd neçə-neçə söz xiridarına vəsiqə verib, elin yurdsevər oğulları yadelli işğalçılara qarşı amansız savaşlarda mübarizədən yorulmayıb. Ermənilərin yurdumuza təcavüzü zamanı bu yurdun oğulları da silaha sarılıb Qarabağa yollandı. Vəzir İsa oğlu Sədiyev kimi.

Vəzir Sədiyev Borçalı elinin Aşağı Qullar kəndində dünyaya göz açıb. İbtidai sinfə doğulduğu kənddə getsə də, orta təhsilini Qərbi Azərbaycanın Körpülü kəndində başa vurub. Dilli-dilavərliyi, bacarığı və çevikliyi ilə tay-tuşlarından seçilib həmişə. Elmə, təhsilə olan marağı, vətənpərvərliyi onu müəllim kollektivinə sevdirib. Bu sevgidən ruhlanan Vəzir hərbçi olacağına söz verib.

Vəzirin musiqiyə böyük marağı vardı. “Sarı gəlin”ə qulaq asmaqdan doymazdı heç vaxt.

Vəzir orta təhsilini başa vurandan sonra arzu və istəklərinin dalınca doğulduğu yurda qayıtdı. Elə həmin il də Tiflis Ali Hərbi Artilleriya Məktəbinin müdavimi olmağı bacardı. Elə sevinirdi ki... Təhsilini başa vuran kimi təyinatla Rusiyaya yola düşən Vəzir Qorki şəhərindəki hərbi məktəblərin birində müəllimlik fəaliyyətinə başladı. Yenə də sevildi, seçildi.

Sovet qoşunları Əfqanıstana girəndə baş leytenant Vəzir Sədiyev artilleriya taborunun komandiri idi. Əfqanıstana gəldiyi gündən ən qaynar nöqtələrdə vuruşurdu. Sədiyevin uğurlu və itkisiz əməliyyatları komandanlığın gözündən yayınmırdı. O, iki il yarımlıq döyüş yolunda ən çətin sınaqlardan müvəffəqiyyətlə çıxmışdı. Ona görə də dəfələrlə pul mükafatı, orden, medal və SSRİ Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdi.

Döyüşlərin birində ölümcül yaralanan Sədiyev Moskvada müalicə aldıqdan sonra Zabaykal Hərbi Dairəsindəki hərbi hissələrin birində qərargah rəisinin müavini kimi faəliyyətə başladı. Əfqanıstandakı uğurlu əməliyyatlara görə ikinci dərəcəli “Peşəkar zabit” döz nişanı ilə təltif olunan Sədiyev artıq mayor rütbəsində idi. Yaraları qaysaq tutsa da, müharibənin ağrıları canından çıxmamışdı hələ.

Məkrli düşmən Qarabağda torpaq iddiası ilə ayağa qalxanda mayor Sədiyev Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etdi. Doğma yurdda baş verən hadisələr onu narahat etməyə bilməzdi. Qısa zamanda Vətənə dönən peşəkar hərbçi Artilleriya və Hərbi Hava Qüvvələri idarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə təyin edildi. Və həmin gündən Vəzir Sədiyevin səsi ən qaynar nöqtələrdən gəldi.

Laçının bir çox kəndləri düşmənin nəzarətində idi. Dəhliz vasitəsi ilə nəinki silah-sursat, hətta dağılmış imperiyadan ermənilərə miras qalmış ən ağır texnikalar Qarabağa daşınırdı. Cəsarətli soydaşımız mayor Sədiyev heç bir əmr-filan gözləmədən həmin karvanın qarşısını (84 silah dolu yük maşını və ağır texnika) almaq üçün əməliyyata keçdi. O gün dəhliz boyu göylərə yüksələn alov neçə-neçə düşmənin sonuna çıxdı.

Vəzirin bu addımı çoxlarını narahat etməyə başladı, hətta  ozamankı müdafiə naziri Rəhim Qazıyev tərəfindən nazirliyə çağırıldı. Komanda verilmədiyi halda nəyə görə düşmənə zərbə endirdiyi soruşuldqda: “Bu ki, düşməndi, düşməni məhv etmək üçün əmr lazımdırmı?! Əgər mənə məxsus olan yolla düşmən arxa cəbhə üçün silah-sursat və ərzaq daşıyırsa susub durmalıyammmı, yoxsa haradansa əmr gözləməliyəm?!- deyə Vəzir qürur və qətiyyətlə bildirdi.

Müdafiə naziri üzünü Vəzirə tutub sərt və qəti şəkildə etira etdi: “Sən bizimlə işləyə bilməzsən”.

-Axı mən xalqıma silah qaldıranlara qarşı vuruşuram, o dəhliz vasitəsiylə Qarabağa ağır texnikanın daşındığından necə xəbərsiz ola bilərsiniz?- Vəzir səsini ucaldı.

Qazıyev susmağa üstünlük verdi.

Vəzir çox narahat idi. Qulaqlarına inanmırdı. Düşmən ağır texnika ilə irəlilədiyi bir zamanda müdafiə nazirindən aldığı cavabı əsl satqınçılıq kimi qiymətləndirdi.

Amma olan olmuşdu.

Sədiyev həm də peşəkar kəşfiyyatçı idi. O, təkbaşına düşmənin arxasına keçərək lazımi məlumatları qərargaha ötürməklə yanaşı, strateji obyektlərin darmadağın edilməsində əhəmiyyətli rol oynayırdı. Hətta Gorus-Qafan istiqamətində düşməni pusquya salan Sədiyev silahdaşları ilə birlikdə bir erməni əsgərinin də salamat çıxmasına imkan verməmişdilər. Həmin gün yasa bələnmişdi bütün Ermənistan, hətta üç günlük matəm elan olunmuşdu.

Füzulidəki adsız yüksəkliyi geri qaytarmaq üçün Vəzir qərargahdan əmr aldı. Kəşfiyyat xarakterli manevrdən sonra bölük zirvəyə doğru irəlilədi. Dağın zirvəsində lağım atmaqla düzəltdikləri mağarada saysız-hesabsız silah-sursatın və böyük bir dəstənin gizlənə biləcəyini təsəvvürə gətirmək mümkün deyildi. Amma yenə də Vəzir Sədiyev ehtiyatlı davranırdı. O gecə dan yeri ağarana qədər sürünə-sürünə dağa çıxdılar. Ocaq ətrafında cəmləşən quldurlar qaranlıqda nələrin baş verdiyindən xəbərsiz idi. İki nəfər gözətçidən başqa hamısı ocağın istisində xumarlanırdı. Bəlkə də bu yüksəkliyi fəth edə biləcək bir qüvvənin olacağına inana bilmirdilər. Ona görə də arın-arxayın ayaqlarını uzadıb özləri üçün xəyal qururdular. Vəzir Sədiyev ilk həmlədə keşikçiləri cəhənnəmə göndərib mağaraya gedən yolun təhlükəsizliyini təmin elədi. Sonra kimin üzərində nə qədər qumbara vardısa mağaraya atılmasına əmr verdi. Haray-qışqırıq tamam kəsiləndən sonra, sanki havanı “kabab qoxusu” bürümüşdü. Kimsə salamat çıxa bilməmişdi o mağaradan. Hər kəs yanıb külə dönmüşdü.

...Dan yeri ağaranda sərin meh o qoxunu dağın arxasına qovub apardı.

Mağaradakı silahlardan güc çatan qədər götürüb aşağı endilər, üstəlik bir-iki cəsəd də gətirmişdilər ki, əsirlikdə olan soydaşlarımızla dəyişdirsinlər.

Vəzir silahdaşlarının gözündə ən yüksək zirvədə idi, çünki onun uğursuz döyüşünü heç kim görməmişdi. Axı o, “dəmir mayor” idi. Əslində, bu adı ona ermənilər vermişdi.

Ağdərədə döyüşlər şiddətlənmişdi. Ümid yenə də Vəzirə idi. Həsənriz ətrafında cəmləşən erməni taborunu geri oturtmaq üçün növbəti əməliyyata da Vəzir rəhbərlik edəcəkdi. Vaxt itkisi digər ərazilərin də ələ keçməsinə səbəb ola bilərdi. Vəzir silahdaşları ilə birlikdə döyüşə atıldı. Neçə-neçə düşmən əsgərini yerə sərdi. Xof içərisində silahını atıb qaçan quldurların sayı artırdı. Xeyli ölən və yaralanan vardı. Həmin gün əsgərlərimiz erməni taborunu tutduğu mövqedən çıxara bildi. Hələ üstəlik, tank, PDM, yük maşını ələ keçirildi. Bu növbəti uğuru idi Vəzirin. Amma bu uğurun sevincini yaşamaq qəhrəman soydaşımıza nəsib olmadı.     

Vəzir İsa oğlu Sədiyev qorxmazlığı, cəsarəti ilə Azərbaycanın hərb tarixinə öz adını yaza bildi. Qəhrəmanlıqla dolu döyüş yolu yetişməkdə olan nəslin qəlbindəki vətənpərvərlik toxumunu cücərtdi. Torpaqlarımızın bütövlüyü uğrunda ölümsüzlüyə qovuşan yurdsevər soydaşımız ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Biləcəri qəsəbəsindəki parkların birində şəhid soydaşımızın büstü qoyulub.
Ötərxan Eltac 

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 1157

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...