SOSİAL
A- A A+

Lavrov 7 rayonun qaytarılmasından danışdı

2016-01-26 15:30:26

"Bu münaqişədə "ya hər şey, ya heç nə" prinsipi vacibdir".

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlər var. Başqa sənədlər mövcud deyil”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov  keçirdiyi mətbuat konfransında deyib. 
Lavrov bildirib ki, bir neçə il ərzində təkmilləşdirilən bu sənədlər hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sənədlər kimi nəzərdən keçirilir: "Heç bir sənəd Dağlıq Qarabağ münaqişəsinin bütün nüanslarının həllini təşkil etmir və Rusiya hər iki tərəfə münaqişənin sülh yolu ilə həllində kömək üçün səy göstərir".
Lavrov həmçinin bir müddət əvvəl onun hər hansı təkliflər irəli sürməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “Lavrovun” və ya digər şəxsin hazırladığı sənəd yoxdur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransı 
“Hazırlanan sənədlər ATƏT-ə göndərilsə də, münaqişənin həllinə heç bir təsir göstərməyib. Bu münaqişədə "ya hər şey, ya heç nə" prinsipi vacibdir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq”. 
Bir müddət əvvəl Sergey Lavrovun Ermənistan hakimiyyəti qarşısında 7 rayonun qaytarılması ilə bağlı məsələ qaldırdığı barədə xəbər yayılmışdı. Hətta məlumatlarda Lavrovun İrəvan səfərində də bu məsələni müzakirə etdiyi bildirilirdi. 
Sergey Lavrovun mətbuat konfransı
Amma yayılan məlumatlara aydınlıq gətirən Rusiyanın Ermənistandakı səfirliyi bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan tərəfi ilə aparılan danışıqlar çərçivəsində hər hansı ərazinin güzəşt olunması ilə bağlı heç bir məsələ müzakirə olunmayıb.
Hazırda isə Qarabağ münaqişəsinin həlli ilə bağlı masada 2008-ci ildə qəbul edilən Madrid prinsipləri var. Bu plana uyğun olaraq Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalı, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Amma Ermənistan hazırlanan planla razılaşmadığı üçün plan illərdir ki, sənəd olaraq qalır. 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 751

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...