2021-03-07 09:00:30 | AKTUAL
"Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir"

“Məscidin dağıdılması ilə yanaşı, həm də təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir”.

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Füzulinin Mərdinli kəndində diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.

"Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri bu kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir. Gördüyünüz kimi, digər işğal edilmiş ərazilərdə şahid olduğumuz kimi, burda da görürük ki, bu məsciddən də heyvanların, donuzların saxlanması üçün istifadə edilib.

İndiyə qədər səfər edilən kəndlərdə yaşayış yerlərində də görmüsünüz ki, daş-daş üstündə qalmayıb. Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir", - o qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, digər ərazilər kimi bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib: "Bu ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub".

H. Hacıyev bildirib ki, bütün bu dağıntılara baxmayaraq Azərbaycan tikinti və bərpa işləri aparır. O qeyd edib ki, səfər çərçivəsində Füzuli Hava Limanı və Füzulidən Şuşaya çəkilən əsas magistral yolla da tanışlıq olacaq.

Baxış sayı : 276
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36