SOSİAL
A- A A+

Qəhrəman general anıldı

2016-01-25 09:40:51

İctimaiyyət nümayəndələri Şəhidlər Xiyabanındakı abidəni ziyarət ediblər

 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayoru Həzi Aslanovun anadan olmasının 106 və Böyük Vətən müharibəsində həlak olmasının 71 illiyi münasibətilə anım mərasimi keçirilib.
ANS TV-nin məlumatına görə, 
Müdafiə Nazirliyinin nümayəndələri, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Həzi Aslanovun Şəhidlər Xiyabanında abidəsi önünə əklil və gül dəstələri qoyulub.
Onun adını və soyadını daşıyan nəvəsi də anım mərasimində iştirak edib.
Tədbirdə Həzi Aslanovun həyat və döyüş yolundan danışılıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında generalın döyüş yolunun öyrənilməsinin vacibliyi də vurğulanıb.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş böyük sərkərdə Həzi Aslanovun xatirəsinə artıq bir həftədir ki, Azərbaycan Silahlı Qüvvələri hərbi vətənpərvərlik günləri qeyd edir.
Hər il mütamadi olaraq Silahlı Qüvvələrdə Həzi Aslanovun xatirəsinə hərbi vətənpərvərlik həftəsi keçirilir. Bu il keçirilən həftəyə artıq yekun vurulur. 
Müdafiə Nazirliyinin nümayəndələri bu dəfə Ağstafada tankçılarla bir yerdə Həzi Aslanovun xatirəsini yad etdi. Hərbi hissə komandiri ilə yanaşı Müdafiə Nazirliyin nümayəndəsi Abdulla Qurbani Həzi Aslanovun qəhrəmanlıq tarixçəsi haqqında tankçılara məlumat verdi.
“Azərbaycan əsgəri Həzi Aslanovun Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıq nümunələrini, ənənələrini uğurla davam etdirir. Bu gün bizim şəhidlərimizin sırasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov, Əhməd Mehbalıyev, Xəqani Rüstəmov kimi neçə-neçə tankçının adı var. Qeyd edim ki, hərbi hissələrdə digər qoşun növləri kimi tankçı peşəsinə də bizim gənclərimiz çox böyük həvəslə yiyələnirlər”, - deyə Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani bildirib.
Tankçılarla görüşdə Həzi Aslanovun doğum günün Azərbaycan tankçıları günü kimi qeyd edilməsi təklifi də verildi. 
Bundan öncə isə Müdafiə Nazirliyinin nümayəndələri və hərbiçilər Murovdağ zirvəsində, 
Gədəbəydəki hərbi hissələrdə Həzi Aslanovn xatirəsini yad ediblər.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1058

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...