2021-03-05 07:50:04 | CƏMİYYƏT
Bizə necə filmlər lazımdır?

“Kino iqtisadiyyatı” formalaşmalıdır.

Ötən günlərdə İctimai TV-nin “Sabaha saxlamayaq” verilişində Azərbaycanda çəkilən filmlərlə bağlı maraqlı müzakirələr oldu. Müsbət haldır ki, həmin verilişdə mütəmadi olaraq bir sıra önməli məsələlərə diqqət yetirilir. Gerçəkdən bu gün Azərbaycanın kino sahəsində yaranmış boşluqlar, bəlkə də bərbad vəziyyət cəmiyyətə sirayət edir. Təbii ki, bütün bunlar nəticədir. Səbəbləri aradan qaldırmaq gərəkdir.

İbn Sina da deyirdi ki, bir adamın ruhu sağlamdırsa, onun bədəni də sağalmağa meyilli olur, əksinə, ruhunda xoşagəlməz nəsnələri yetişdirən adam xəstələnməyə məhkumdur. İnsanların ruhunu pərişan edən, zədələyən amillər çoxdur. Ruhumuzu təmizləyən faktorlar az deyil. Bunlardan biri ruhumuza yaxın olan filmlərdir.

Nəhayət, biz millət olaraq oz tarixi-bədii filmlərimizi ortalığa qoymalıyıq. Milli düşüncəmizə yad olan, heç bir informasiya yükü olmayan bu gün bəzi serialları çəkib televiziyalarda nümayiş etdirənlər nəhayət, papaqlarını qabaqlarına qoyub düşünməlidirlər.

Bu gün kino ssenariləri ilə bağlı aktul mövzular kifayət qədərdir. Niyə görə bizim tariximizlə bağlı, xüsusilə, 1918-ci il hadisələri haqqında, ümumilikdə ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini özündə ehtiva edən qanlı tarix haqqında bədii filmlərimiz yoxdur? Regionun faciələrinin bir çox səbəbləri məhz ermənilərin bu torpaqlarda məskunlaşmasından qaynaqlanır.

Bizə necə filmlər lazımdır?

İnsanların, xüsusilə, gənclərin özünə dərkə, daha çox öyrənməyə, başqalarını anlamağa yardımçı olan, mənəviyyatı gücləndirən, həm də Zəfər Tariximizdən, II Qarabağ savaşında misilsiz qəhrəmanlıqlar göstərən gənclərimizin döyüş yolundan və digər mövzularıla bağlı bədii filmlərə ehtiyac var. Həmçinin Azərbaycanın ağlı-qaralı tarixindən, taleyindən bəhs edən filmlərə zərurət var. Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər. Bu sahənin rentabelli işləməsi üçün “Kino iqtisadiyyatı” formalaşmalıdır.

Kifayət qədər intellektual potensialın və kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib xarici ölkələrin bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar.

Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür. Dünyaya çıxmaq üçün Azərbaycanın kino adamları beynəlxaq kodları tapmalıdır. Musiqi sahəsində ustad sənətkarımız Alim Qasımov, digər tanınmış ifaçılarımız beynəlxalq kodları öz ifalarında nümayiş etdirərək dünyaya çıxıblar. Belə uğurlu təcrübəni kino sahəsində də tətbiq olunmalıdır. Digər önəmli məsələ ondan ibarətdir ki, kino çəkilişlərinə ayrılan vəsaitlərin şəfaf bölgüsü olmalıdır. Yerlibazlıq, dostbazlıq və digər xəstəliklərdən uzaq olmaq vacib məsələdir.

Onu da qeyd etmək istərdim, hər əli qələm tutan, hər yazıçı ssenari yaza bilməz. Bədii əsərdə, xüsusilə, romanlarda müəllif uzun-uzadı fikirlər yazar, öz real və qeyri real obraz yaradar. Ancaq kino ssenarilərində müasir tamaşaçınının gözündən heç bir məqam yayınmır. Burada hər hansı uzunçuluq, boşluq, qeyri peşəkar yanaşma ssenarinin zəifliyini bir daha artırır. Nəhayət bir çox sahələrdə olduğu kimi, kino çəkilişlərində uraçılıqdan, kampaniyaçılıqdan uzaq olmaq gərəkdir.

Əkrəm Bəydəmirli

Baxış sayı : 354
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36