2021-03-04 19:25:18 | MÜSAHİBƏ
Həmişə yeri görünəcək insan

Dünən işıqlı bir insan itirdik,

Azaldı dünyanın nuru bir az da...

Bəli, tanınmış tarixçi alim, gözəl pedaqoq, dəyərli insan, Bütöv Azərbaycan Ocaqlarının qurucularından və rəhbər şəxslərindən biri Dilavər Əzimli dünyamızla vidalaşdı, haqq dünyasına qovuşdu. Ruhu şad, məkanı cənnət olsun! Bu üzücü xəbəri dünən səhər sosial şəbəkələrdən eşidəndə çox təsirləndim. Bir aydan artıqdır ki, covid-19 xəstəliyilə ölüm-dirim mübarizəsi apardığını bilsəm də, ölüm xəbərinə inana bilmədim, inanmaq istəmədim...Sonra bir-birinin ardınca gələn qara xəbərlərdən bunun doğru olduğunu bilib yavaş-yavaş özümə gəldim və istər-istəməz Dilavər bəyin ömür yoluna, tanışlığımızın tarixçəsinə nəzər salmağa çalışdım. Beləliklə, xəyal məni 30 il öncəyə apardı.

Onunla ilk görüşümüz təxminən 1993-cü ilin yaz aylarına təsadüf edir, ilk dəfə rəhmətlik güneyli Səidin vasitəçiliyilə “Ədalət” qəzetinin redaksiyasında tanış olmuşduq. Elə o gündən yaddaşımda xoş simalı, gülərüz, nikbin təbiətli bir insan kimi qalmışdı. Sonralar az-az görüşərdik, yollarımız çox kəsişməzdi. Dilavəri bir də neçə illər sonra AMEA-nın dəhlizlərində, çayxanalarda gördüm, yenə səmimi görüşdük, hal-əhval tutduq, onun tələbəlik dostu, mənim də vaxtilə iş yoldaşım olmuş Səidi xatırladıq, doğulub boya-başa çatdığı güney Azərbaycanın Zəncan şəhərinə həsrət qalaraq dünyaya gözlərini yumduğunu ondan öyrəndim, qəlbən sarsıldım, bir az da kövrəldim. Beləcə, aramızda olan çoxdankı xoş münasibət get-gedə daha da isti və ilıq xarakter alır, vətən, ölkə və xalq barəsindəki söhbət və münasibətlərimizin uyğunluğu bir daha üzə çıxırdı. Mənim Bütöv Azərbaycan Ocaqlarının iclaslarına gəlməyimdə, tədbirlərdə çıxış etməyimdə və sonra təşkilata rəsmi üzv olmağımda onun çox təsiri və təşviqi oldu.

Maraqlıdır ki, həmişə gülərüz, təvazökar və səmimi təsir bağışlayan Dilavər bəy Vətən, Millət və Torpaqla bağlı söhbətlərdə çox ciddi görkəm alar, fikir və mülahizələrini məntiqi dəlillərlə sübut etməyə çalışar, heç kəsə zərrəcə güzəştə getməzdi. Şəxsi münasibətlərdə nə qədər mülayim və yapışıqlı idisə, ictimai, siyasi və ideoloji məsələlərdə o qədər kəskin, dönməz və prinsipial olardı. Mənimlə şəxsi görüşlərində tez-tez xətrimi çox istədiyini, bizi bir-birimizə bağlayan mənəvi tellərin nə qədər sıx olduğunu və bu dostluğun çox qədimlərə gedib çıxdığını desə də, bir neçə dəfə tarix və ideoloji məsələlər, özəlliklə, Səfəvilər dövlətinin tarixiylə bağlı söhbətlərdə kəskin mübahisəmiz olmuşdu, mən onda onun nə qədər amansız və güzəştsiz bir tərəfdaş olduğunu anlamış və bir az da artıq sevmişdim.

Son çayxana görüşümüzdə Zahir Əlisoy gecə ona zəng elədi, Nərimanovda çay içdiyimizi bildirdi. Gec də olsa, gələcəyini və gözləməyimizi xahiş etdi. Telefonda zarafatla dedi ki, “Zəkulladan soruş, gör, gəlsəm, koronaya yoluxmaram ki?” Sonra çətinliklə olsa da, gəlib çıxdı, metronun işləmədiyindən gileyləndi və duzlu-məzəli zarafatlarıyla yenə məclisə bir şuxluq qatdı. Gecə yarıyadək çay içdik, söhbət elədik, ayrılanda bizi yola da saldı, qolumuza girib, həmişəki kimi, xeyli xoş sözlər dedi və son dəfə ayrıldıq. Bir neçə gün sonra isə Dilavər bəyin, həqiqətən, koronaya yoluxduğunu və xəstəxanaya yerləşdirildiyini eşitdik. Günlər keçdikcə xoşagəlməz xəbərlər alır, hər dəfə həyəcanlanır, təəssüf hissi keçirir və bəzi məqamlara ismarışlar ötürməkdən başqa əlimizdən heç nə gəlmədiyi üçün üzülürdük. Dünən səhər isə... qara xəbər birdən yayıldı və hamı kimi məni də şoka saldı, amansız xəstəliyin caynaqlarında olduğunu bilsəm də, ölümünüə inanmaq istəmədim. Bütün günü bu dəhşətli xəbərin doğruluğuna inana bilməsəm də, axşamüstü sosal şəbəkələrdə dəfn mərasiminsən qısa videoçəkiliş yayıldı və məzarı başında Paşa Həsənlinin vida sözlərini dinlədik. Bəli, artıq onun haqqında keçmiş zamanda danışırdılar.

D.Əzimli çox da uzun yaşamadı, hətta vaxtsız getdi, – demək də olar, çünki həyata keçməmiş çox arzularını özüylə apardı. Çoox təəssüf...Amma onun boşuna da yaşamadığını, özündən sonra iki övladı, sanballı elmi məqalələri, kitabları və çox sədaqətli tələbələrini qoyub getdiyini düşündükcə, az da olsa, təsəlli tapır və qürurlanırıq. Doğulduğu kənd qəbristanlığında məzarı başında doğmaları, kənçiləriylə yanaşı, həmfikirləri və əqidədaşlarınlın da olması bunu bir daha sübut edir. Kiçik bir kənd qəbristanlığında bütöv Azərbaycanın təmsil olunduğunu görmək, doğrudan da, fəxr olunası bir hadisəydi. Mən bunu onun cənazəsinin əslən Güney Azərbaycandan olan Babək bəyin çiyinlərində aparıldığını görəndə başa düşdüm. Mən bunu onun tələbəsi Anarın “o, mənim tək müəllimim deyildi, həm də mənəvi atam idi”, – deyə hönkürərək ağladığını, göz yaşlarına sahib çıxa bilmədiyini görəndə anladım. Mən bunu onun ölüm xəbərinin bir neçə beynəlxalq internet televiziyalarından yayıldığını, o taylı-bu taylı əqidədaşlarının qəhərdən boğulduğunu görəndə duydum...

Rahat uyu, qardaşım...Sən xoşbəxt bir ömür yaşadın, bu fani dünyada var-dövlət yığmadın, təmənnasız dostlar qazandın, milli dəyərləri hər şeydən uca tutdun, Vətəni və Xalqı səcdəgah bildin. Amma yerin aramızda hər zaman görünəcək, heç vaxt dolmayacaq. Narahat ruhunu həmişə nəcib əməllərimizlə şad etməyi ulu Tanrı bizə çox görməsin. Sonsuz sayğılarla

Zəkulla Bayramlı

BAO-nun humanitar məsələlər üzrə başqan müavini

Baxış sayı : 583
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36