MƏDƏNİ
A- A A+

Xınalıq dilindən Çin dilinə qədər uzanan multikulturalizm yolu

2016-01-24 14:25:48

Yeni kitab

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və dövlət müşaviri, akademik Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi “Kitabi-Dədə Qorqud”. Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının bölgələrdə təqdimatı keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları bir həftə ərzində Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ağdaş, Ucar, Göyçay, Yevlax, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Goranboy, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yerli icra orqanlarının nümayəndələri, məktəblilər, ziyalılar ilə görüşərək kitab barədə ətraflı məlumat veriblər.

Şamaxı rayonu Məlhəm kəndində tat, İsmayıllı rayonu İvanovka kəndində malakan, Qəbələnin Niç kəndində, Zaqatalanın Əliabad qəsəbəsi və Car kəndində udi, ingiloy, avar məktəbliləri ilə görüşlər keçirilib. Müxtəlif millətlərin nümayəndələri olan bölgə sakinləri “Kitabi-Dədə Qorqud”. Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını maraqla qarşılayıblar. Görüşlərdə 25 dildə nəşr olunan “Kitabi-Dədə Qorqud”. Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının Multikultiralizm ilində birgəyaşayış mədəniyyətimizin təbliğatı istiqamətində dəyərli istinad olduğu vurğulanıb.

“Kitabi-Dədə Qorqud”. Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabında Fridrix fon Dits Oğuz siklopunu Homerin qədim siklopu ilə müqayisə edib. 52 bənddən ibarət müqayisəli önsözdə “Kitabi-Dədə Qorqud” dastanının Homer üçün mənbə rolunu oynadığı bildirilir.

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1227

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...