2021-02-27 08:15:31 | QHT VƏ MEDİA
Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Xocalı soyqırımının 29-cı ildönümü ilə bağlı anım tədbiri keçirib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Xocalı faciəsinin bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olduğunu bildirib. O, qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib və Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Bəşəri cinayət olan Xocalı soyqırımının Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyinin təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələrinin həyata keçirdiyini xatırladan İnstitut direktoru ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini bildirib. Ölkə başçısı İlham Əliyevin “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” sitatını misal çəkən alim qeyd edib ki, Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.

M.Seyidbəyli vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. İkinci Qarabağ müharibəsində Xocalı rayonunun 9 kəndi Ermənistanın işğalından azad olunub və Xocalı üzərində ölkəmizin suverenliyi bərqərar edilib və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Sonra Elm Tarixi İnstitutunun əməkdaşları – elmi katib, siyasət üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, elmi işçilər Aybəniz Osmanova və Elxan Quliyev çıxış edərək hadisəyə müxtəlif aspektlərdən münasibət bildiriblər.

Çıxışlarda Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğu vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi qırğınların davamıdır. Xocalı faciəsini törətməkdə ermənilərin bir neçə məqsədi var idi və bunlardan ən əsası azərbaycanlıların mübarizə əzmini qırmaq və gözünü qorxutmaq idi. Qeyd olunub ki, Xocalıya hücum əməliyyatında erməni hərbi hissələri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdluların, əvvəl SSRİ-yə, indi isə Rusiyaya aid olan 366-cı motoatıcı alayın da iştirak etməsi hadisənin siyasi həcminin böyüklüyünə dəlalət edir.

Xocalı faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayan natiqlər soyqırımı aktının ilk növbədə Azərbaycan Respublikası Parlamenti tərəfindən tanınmasının, hadisəyə lazımi hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini bildiriblər.

Baxış sayı : 149
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36