2021-02-26 15:15:51 | SİYASƏT
“Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər”

“Müharibədən sonra regiondakı vəziyyəti çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün unikal imkanlar yaranıb. Çünki bir daha qeyd etmək istəyirəm ki, biz və bizim bir çox tərəfdaşlarımız hesab edir ki, müharibə başa çatıb”.

Fact-info.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, biz artıq kitabın o səhifəsini bağlamalıyıq və gələcəyə baxmalıyıq:

“Nikbinliyə digər səbəb olan amil odur ki, bizim qonşularımız da bizim fikirlərimizi bölüşür və regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur. Mən deyə bilərəm ki, Türkiyə, Rusiya, İran rəhbərləri ilə bu məsələ ilə bağlı mənim bir çox söhbətlərim olub. Xarici işlər nazirləri, Baş nazirlər və Baş nazirlərin müavinləri səviyyəsində məsləhətləşmələr, təmaslar olub və biz faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, biz bu imkanlardan maksimim səmərə ilə istifadə etməliyik. Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır: əməkdaşlıq üçün, qarşılıqlı ticarət üçün, komnukasiyaların açılması üçün, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox unikal imkanlar yaradır. Təkcə Zəngəzur dəhlizinə əgər biz fikir versək, görərik ki, bu, təkcə Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan maraqlarına cavab vermir, bu, qonşu ölkələrin də maraqlarına cavab verir. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyllər üstünlük təşkil edərsə, əlbəttə ki, hər bir icra edilən layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Mən burada bizim enerji sektorundakı fəaliyyətimizə istinad edə bilərəm. Biz birinci addımı atanda bəlkə də təsəvvür etmirdik ki, bu gün nə qədər böyük layihələt icra edəcəyik. Birinci neft kəməri Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 1999-cu ildə istismara verilən Bakı-Supsa kəməri görün nəyə gətirib çıxadı? Ondan sonra neçə layihə icra edildi. Həm sərmayə qoyuluşu, yeni kəşfiyyatlar. Eyni zamanda Cənub Qaz Dəhlizi. Artıq bu layihənin icrası ilə bağlı olan məsələlərdə 7 ölkə birləşdi və bu özlüyündə yeni əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı bir gizli məqamlar, fikirlər olmasın. Səmimiyyət olsa, qarşılıqlı inam olsa və maraqların bölgüsü olsa, bütün ölkələrin maraqları təmin edildiyi təqdirdə, bu vəziyyətdən biz maksimum səmərə ilə istifadə edə bilərik. Bir də demək istəyirəm ki, Azərbaycan, Türkiyə, İran, mənim bu ölkələrin dövlət başçıları ilə görüşlərim və fikir mübadiləsi deməyə əsas verir ki, biz bir mövqedəyik. Ermənistan sözdə hələ ki, bu mövqedədir. Çünki gedən məsləhətləşmələrdə bəzi fikirlər ortalığa atır ki, onlar qəbuledilən fikirlər deyil. Ona görə Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Yox olmasa, onsuz da biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərir ki, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər. Necə ki, 90-cı illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistandan yan keçəcək, Ermənistan bir qəpik də mənfəət görməyəcək. İndi də əgər belə fikirləşirlərsə, yenə də eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər”.

Baxış sayı : 178
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36