CƏMİYYƏT
A- A A+

"Dağlıq Qarabağ bizə dərs olmalıdı"

2016-01-24 13:15:21

Ukrayna prezidenti torpaqların hər santimetrinin qaytarılacağını bəyan edib

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya yönümlü separatçıların nəzarəti altında olanDonetsk və Luqansk bölgələrini bu il yenidən Ukraynanın tərkibinə qatılacağını bəyan edib.
ANS PRESS-in məlumatına görə, Poroşenko Rusiyaya xəbərdarlıq edib ki, Moskva Minsk razılaşmasına tam şəkildə riayət etməlidir. Onun sözlərinə görə, saknsiyaların azaldılmasının tək yolu budur.
"Dövlət başçısı və ali baş komandan olaraq söyləyirəm. Ukrayna torpaqlarının hər santimetri üçün mübarizə aparacaq. Ukraynanın ərazi bütövlüyünü təmin etmək, öncə Donbası, sonraKrımı yenidən bizim suverenliyimiz altına almaü üçün hər şey edəcəyəm", - deyə Poroşenko bildirib.
Ukraynanın şərqindəki böhranın daha da dərinləşməməsi üçün hər cür danışıqlar aparacağını deyə Poroşenko deyib ki, yaranmış vəziyyət çox uzun davam etməyəcək.
Donetsk - 3D formatında
"Ölkənin şərqindəki döyüşlərin bu şəkildə nə bir il, nə beş il, nə on il, nə də iyirmi il davam etməsini gözləmirik. Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dnestryanı münaqişələri bizə dərs vermədimi? Keçən hər il bphrandan çıxış yolunun taplmamasının davam etməsi suverenliyimizin tamamilə yenidən bərpasının uzaqlaşması deməkdir", - deyə Ukrayna prezidenti bəyan edib.
Poroşenko Minsk razılaşmasının önəminə bir daha diqqət çəkərək bildirib ki, bu razılaşma Ukraynanın ərazi bütövlüyünün bərpasına xidmət edir.
Martın 16-da Krım Ali Sovetinin qərarı ilə Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirilmişdi. Referenduma qatılanların 96,7%-i qərarın lehinə idi. Martın 17-də Rusiya prezidenti Vladimir Putin "Krım Respublikasının tanınması haqqında" fərman imzalamışdı.
2014-cü ilin aprel ayından bəri Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında müharibə gedir. Luqansk və Donetsk Ukraynadan ayrılaraq özlərini respublika elan edib.

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1123

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...