2021-02-26 09:55:13 | QHT VƏ MEDİA
İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır"

İtaliyanın “ElectoMagazine” onlayn qəzetində Enriko Tosellinin müəllifliyi ilə “Xocalı qırğınından 29 il sonra, azərbaycanlılar ədalət istəyir” başlıqlı Xocalı soyqırımından bəhs edən məqalə dərc edilib.

Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən məlumata görə, müəllif fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Azərbaycanın Xocalı şəhərində 63 uşaq, 106 qadın və 70 qoca olmaqla 613 mülki azərbaycanlıya qarşı amansız qətliam törədilmiş 1992-ci il Xocalı faciəsinin hər il anıldığını, sözügedən qətliamı törədənlərin hələ də cəzasız qaldığını bildirib.

Enriko Toselli Xocalıda baş verənlərlə bağlı Avropa Şurası Nazirlər Komitəsinin və Avropa İnsan Haqları Məhkəməsinin fikirlərinə yer verərək, bu kimi insanlıq əleyhinə amansız faciələrin beynəlxalq təşkilatlar tərəfindən qınanılmasının kifayət etmədiyini, bu faciələrin səbəbkarlarının cəzalandırılmasının vacibliyini vurğulayıb. Xocalı faciəsinin tanıdılması üçün beynəlxalq səviyyədə addımların davam etdirilməsinin vacibliyindən söz açan müəllif müxtəlif ölkələrin qanunverici orqanları tərəfindən Xocalı qətliamının qurbanlarını anmaq məqsədilə sənədlər qəbul edildiyini bildirib.

Müəllif, həmçinin 44 günlük Vətən müharibəsi dövründə də Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı müharibə cinayətlərinin törədildiyini, çoxsaylı mülki evlərin, məktəblərin, xəstəxanaların və digər strukturların hədəf alındığını qeyd edib.

Məqalədə Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi və həmin ərazilərdə yenidən sülh və əmin-amanlıq içində birgəyaşayışa nail olmaq istədiyi, ancaq Xocalı qətliamının günahkarlarının nəhayət cəzalandırılmasını və qurbanların ailələrinə lazımi təzminatın ödənilməsini tələb etdiyi qeyd olunur.

Məqaləyə keçid aşağıdakı keçid vasitəsilə mümkündür:

https://electomagazine.it/a-29-anni-dalla-strage-di-khojaly-gli-azeri-chiedono-giustizia/

Baxış sayı : 163
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36