MÜSAHİBƏ
A- A A+

“Mən çox sevinirəm ki, bu filmdə varam”

2016-01-22 09:40:39

"Qanlı Yanvar" filminin əsas obrazlarından Faiq Mirzəyev ANS-ə müsahibə verdi

20 Yanvar hadisələri tariximizə qanla yazılsa da, bu mübarizlik nümunəsi kimi qeyd olunur. İnsanların əliyalın şəkildə tanklara, avtomatlara sinə gəlməsi onların bizim gələcəyimiz üçün bir an belə düşünmədən canlarında keçmələri unudulmazdır. 
Məhz bu, hadisələri kinorejissor Vahid Mustafayev “Qanlı Yanvar” filmində tamaşaçılara anbaan çatdırıb. Filimin baş rol ifaçılarından biri Faiq Mirzəyev ANS-ə müsahibə verib. 
– Faiq müəllim ümumiyyətlə “Qanlı Yanvar” filminin baş rol ifaçılarındansınız. Bu filmi necə dəyərləndirirsiniz? 
- Kinorejissor Vahid Mustafayev “Qanlı Yanvar” filmi bir neçə rakursdan baxdıqda Azərbaycan xalqı və kinosu üçün çox əhəmiyyətlidir. Film bir il ərzində artıq dünyanın bir çox mötəbər kino festivallarında – Monrealda, “Mostra” - San-Paolo Beynəlxalq Kinofestivalında Estoniyanın nüfuzlu “Black Nights” festivalında və Hindistanda nümayiş etdirilib. Bu festivallarda film xüsusi diplomlara layiq görülüb. Bu dolayısı ilə həm Azərbaycan kinosunun, həm də xalqımızın başına ötən əsirdə gətirilən faciələrdə birinin dünya ictimaiyyətinə çatdırılması demək idi. Ən əsası isə tariximizi özündə əks etdirən və gələck nəsillərə ötürən bir filmdir. 
Bir aktyor kimi özümü çox xoşbəxt sayıram. Çünki, bu filmdə əsas rollardan birini Vahid müəllim mənə həvalə etdi. Bu həm Vahid Mustafayaev, həm də öz tərəfimdən böyük bir məsuliyyət idi. Çünki Azərbaycan xalqının taleh yüklü bir filmində əsas rolu oynamaq çox cətin məsuliyyətli bir iş idi. Hesab edirəm ki, nəinki hər bir aktyorun, hər bir Azərbaycan vətəndaşının ən böyük arzusundan biridir ki, belə bir tarixi filmdə rol alsın. 
Artıq tamaşaçıların rəyinə görə, film ANS televiziyası ilə nümayiş etdirilir. Bu filmlə bağlı tamaşaçılarda ilkin müsbət rəy gəlməkdədir. Xalq filmi ilk kadrlarından sevməyə başladı. Çünki burada bizim acı faciəmiz var. Hesab edirəm ki, bu film gələcək nəsillər üçün böyük bir əyani vəsaitdir. 
– Faiq müəllim əvvələr 20 Yanvar hadisəsi bir faciə kimi anılırdı. Ancaq indi vətənpərvərlik bir mübarizə rəmzi kimi qeyd olunur. Sizcə bu film gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsində necə rol oynayacaq? 

– Bir il müddətində artıq bu filmlər bir çox orta və ali təhsil ocaqlarında gənclərin görüşünə gedirik. Nəticədə şagirdlər və tələbələr bu filmi seyr edirlər. Müşahidə etdiyimiz anlar biz çox böyük bir təsir bağışlayır. Çünki hər bir gəncin necə vətənpərvərliklə bu filmə baxdıqlarının şahidi oluruq. Filimin yekununda isə Şəhidlər Xiyabanının üzərində 3 rəngli Azərbaycan bayrağı böyük masştabda panoram olunur. Bu isə o deməkdir ki, bizim xalqın bu Qanlı Yanvar yox, əslində “Şanlı Yanvar”ıdır. Biz bununla fəxr edirik ki, azadlığımız uğurunda qurbanlar verərək mübarizə aparmışıq. Sonda belə bir gözəl dövran qurmağa nail olmuşuq.
- Faiq müəllim bu filmə özüm də baxmışam. Siz əvvəl orda mənfi obrazda görünürsüz. Ancaq filmə tamaşa etdikcən sonradan məlum olur ki, siz əslində vətən uğrunda canından keçməyi belə gözə alan bir rolu canlandırırsınız. Ümumiyyətlə öz rolunuzu necə dəyərləndirisiniz? 
– Əslində bu psixoloji olaraq müərrəkəb bir obrazdır. Və bu obrazın ikinci və üçüncü planları həddindən artıq çoxdur. Çəkiliş meydançasında aktyor yoldaşlarla mübahisələrim çox olubdur. Məhz o anları yaşamaq müərəkkəb bir proses idi. Qeyd edim ki, qanlı yanvar hadisəsinin bir iştirakçısı kimi, hərəkatın başlandığın gündən son günə qədər meydanda olmuşuq .Və hər dubulda o günlərə təkrarən qayıdırdım. Amma özümü ələ alıb çəkilişə dönürdüm. Hətta çəklişlər zamanı ürəyimdən ağrı tutmuşdur. Vahid müəllim dərman gətizdirdi. 
Çəkiliş meydançasında dərman içib özümə gəldikdən sonra çəkilişiləri davam etdirdik. Bu filmdə gənclər rol alıblar və onlar bu rolun öhdəsindən çox yaxşı gəliblər. Ola bilsin ki, gənclər bu hadislərdə bir az uzaq idilər. Amma hadislərin içində olduğum üçün bu mənə çox təsir etdi. Çəkiliş zamanı gərginlik vardı. Vahid müəllim pisxoliji cəhətdən bizə çox dəstək olurdu, bizlə söhbətlər aparırdı. Mən çox sevinirəm ki, bu filmdə varam. Və bu film Azərbaycan üçün var.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1419

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...