2021-02-22 08:10:55 | SİYASƏT
Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur

Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur.

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bu barədə Rusiyanın “Nasionalnaya slujba novostey” informasiya agentliyinin mətbuat mərkəzində keçirilən “Rusiya parlamentarilərinin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpüsündə məlumat verib.

Deputatın sözlərinə görə, Qarabağın işğaldan azad edilmiş ərazilərində yerləşən evlərinə qayıtmağı arzu edən rus ailələri bu barədə ona müraciət edirlər. Məsələn, Krasnodar diyarından olan iki molokan ailəsi və Azərbaycanın Russkiye Borisı kəndindən olan daha iki ailə əvvəllər yaşadıqları Tərtər rayonuna qayıtmaq arzusunu bildirib. M.Zabelin təəssüf hissi ilə qeyd edib ki, həmin ailələr Tərtər rayonunda əvvəllər yaşadıqları kənddən erməni silahlı dəstələri tərəfindən qovulub, kənd özü isə işğal dövründə tamamilə dağıdılıb.

Deputat bildirib ki, azərbaycanlılar erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılacağı günü 30 il gözləyiblər. O xatırladıb ki, yüzlərlə rus gənc Azərbaycan Ordusunun tərkibində öz torpaqlarının azad edilməsi uğrunda vuruşub. Onların arasında həlak olanlar da var. Biz bu gəncləri ehtiramla yad edirik.

M.Zabelin deyib: “Bizim Prezident dəfələrlə vurğulayıb ki, biz bu münaqişənin sülh yolu ilə həll edilməsini istərdik. İndi Dağlıq Qarabağ zonasında çox mürəkkəb vəziyyət yaranıb, ona görə ki, insanlar doğma yurdlarına qayıtmaq istəyir, lakin orada ərazilərin minalardan təmizlənməsi prosesi getdiyi üçün vəziyyət mürəkkəbdir. Minalardan təmizlənmə prosesində insanlar həlak olur. Təəssüf ki, erməni tərəfi şəhərlərin və qəsəbələrin minalanmasının xəritələrini bizə vermir. Bu onu göstərir ki, onlar həmin əraziləri xaotik şəkildə minalayıblar”.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər işğal etdikləri yerləri tərk edərkən, əksəriyyəti vaxtilə azərbaycanlılara məxsus olmuş evləri yandırıb və dağıdıblar. Azərbaycan Parlamentinin üzvü deyib: “Ermənilər bu evləri dağıdır, meşələri qırır, qalan oduncağı Ermənistana daşıyıb aparırdılar. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz Dağlıq Qarabağ ərazisini son vaxtlarda tərk etmiş bütün erməni qaçqınları qəbul etməyə hazırıq və onlar həmin ərazilərdə azərbaycanlı əhali ilə birlikdə dinc yanaşı yaşaya bilərlər. Lakin təəssüf ki, erməni tərəfi buna hazır olmadığını bildirir”.

Deputat bəzi erməni siyasətçilərin qisasçılıq barədə aqressiv bəyanatları mövzusuna toxunaraq belə meyillərin aradan qaldırılmasında Rusiyanın mühüm rol oynaya biləcəyini qeyd edib.

Baxış sayı : 106
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09