2021-02-19 18:50:23 | SİYASƏT
“Moskva Ermənistana təzyiq etməlidir”

“Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”.

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Xəbər Xidməti (Natsionalnaya Slujba Novostey) radiosunda rusiyalı parlamentarilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə ilk səfəri mövzusunda keçirilən Moskva-Bakı videokörpüsündə çıxış edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında yüzlərlə kvadrat kilometr minalanmış ərazi var:

“Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir”.

Rusiyalı hərbi ekspert Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsinin olduğuna əmindir:

“Erməni hərbçilər Rusiya hərbi məktəbinin yetirmələridir. Təlimata görə, minalanan ərazilərin xəritələri mütləq tərtib olunur. Həmin xəritələrin bir nüsxəsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılmalıdır. Başqa cür mümkün deyil. Ona görə də, hesab edirəm ki, beynəlxalq ictimaiyyət, həmsədr ölkələr, xüsusilə də Moskva Ermənistana bu xəritələri Azərbaycan tərəfinə verməsi üçün təzyiq etməlidir. Sözsüz ki, Rusiya bu məsələdə xüsusi rol oynamalıdır. Çünki Rusiya vəziyyətin sülh yolu ilə inkişafında, regiona tam miqyaslı dinc həyatın qayıtmasında maraqlıdır. Minalanmış ərazilərin xəritəsi olmadan bu proses çox gecikə bilər. Bundan başqa, bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Nə qədər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etmir, bu, regiondakı Rusiya sülhməramlılarının fəaliyyətinə və təhlükəsizliyinə böyük təhdiddir”.

Baxış sayı : 126
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09