2021-02-19 08:25:13 | QHT VƏ MEDİA
Rusiyalı deputat : Ağdam şəhərinin işğal dövründə qəsdən dağıdılmasından təəssüfləndim

Rusiya Federasiyası Dövlət Dumasının üzvü, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Azərbaycana səfəri çərçivəsində fevralın 18-də Ağdam şəhərində olub.

AZƏRTAC xəbər verir ki, rusiyalı deputat 1993-cü ildə işğal olunmuş, son 27 il ərzində böyük dağıntılara məruz qalmış “ruhlar şəhəri” kimi tanınan Ağdama səfəri zamanı bir vaxtlar bölgədə inkişafı ilə tanınmış bu şəhərin hazırkı vəziyyətindən dərin məyusluğunu ifadə edib.

Deputat yarıdağıdılmış vəziyyətdə olan Ağdam məscidini ziyarət etdikdən sonra şəhərin məhz işğal dövründə qəsdən dağıdılmasından təəssüfləndiyini bildirib. O deyib ki, qismən qorunan məscid işğalçıların heç də Azərbaycanın dini irsinə hörmətlə yanaşdığının göstəricisi deyil. “Məscidin minarələri hərbi məqsədlə, yəni, artilleriya zərbələrinin koordinasiyası üçün saxlanılıb və istifadə olunub”,- deyə Juravlyov vurğulayıb.

Sonda deputat Azərbaycanın dağıdılmış bu və digər şəhər və qəsəbələrini bərpa edəcəyinə inandığını, növbəti dəfə artıq dirçəlmiş Ağdam şəhərini ziyarət edəcəyinə əminliyini söyləyib.

Baxış sayı : 113
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09