2021-02-18 09:40:39 | MƏDƏNİYYƏT
Ermənilər Şuşadan oğurladıqları xalçaların sərgisini təşkil edəcək - YUNESKO isə susur

Azərbaycan mədəni irsini daim saxtalaşdırmağa və onu özününküləşdirməyə cəhd edən ermənilər növbəti təcavüzlərinin "məhsul"unu - 30 ilə yaxın işğal altında saxladıqları Şuşadan oğurlayaraq apardıqları xalçaları açıq şəkildə nümayiş etdirəcəklər.

Trend-in məlumatına görə, xalçalar fevralın 20-də Yerevandakı Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda nümayiş olunacaq.

Şuşa Xalça Muzeyinin eksponatları olan həmin xalçalar Şuşadan Ermənistana ötən il noyabrın 1-də aparılıb. Xalçaların ən qədiminin 350 ilə qədər yaşı var.

Azərbaycan Milli Xalça Muzeyindən Trend-ə verilən məlumata görə, sərgidə təqdim olunacaq “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın azərbaycanlı xalçaçıları tərəfindən toxunan milli irs nümunələridir:

"Bu sərgi ermənilərin növbəti falsifikasiyasıdır. Çox güman ki, kolleksiya 1992-ci il Şuşanın işğalından sonra ancaq canlarını götürüb qaçan azərbaycanlıların evlərində qalan xalçalardan ibarətdir. Xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixi, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir".

Muzey qeyd edir ki, ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan toxumunu dünyaya yaymağa nail olmuşlar. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu qeyd edib:

"O, eyni zamanda ermənilərin bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır. XIX əsrdə azərbaycanlıların xalça toxuculuğuna rişxəndlə yanaşan ermənilərin törəmələrinin bu gün XXI əsrdə Azərbaycan xalçalarına iddia irəli sürməsi mədəni irsimizə qarşı növbəti təcüvüzüdür".

YUNESKO-nun mətbuat xidmətindən isə Trend-ə məsələ ilə bağlı açıqlama vermək istəmədiklərini söyləyiblər.

Baxış sayı : 170
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36