2021-02-17 14:25:07 | MÜSAHİBƏ
Professor Məhəmməd Kərimov: “10 il öncə Azərbaycanda tibb sahəsinə mükəmməl yenilik gətirdik”

Azərbaycan Tibb Universitetinin professoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov Fact-info.az saytının qonağı olub. O, bir sıra sualları cavablandırıb:

-Ölkəmizdə COVD-19 əleyhinə peyvəndləmə prosesi davam edir. Vaksinasinasiya ilə bağlı fikirləriniz necədir, hazırda bu, ən məqbul variant ola bilərmi?

-Dünya tarixində epidemiyalar çox olub. Bunların böyük əksəriyyətinin aradan qaldırılmasında vaksinlər kömək edib. Peyvəndlərlə bağlı mən bir daha vurğulamaq istəyirəm ki, peyvəndləmə vacibdir. Bir qrup insanlar peyvəndin əleyhinədirlər. Düşünürlər ki, hansı peyvənd tətbiq olunacaq, yaxud peyvəndin zərərləri çoxdur. Lakin digər epidemiyaların təcrübəsi göstərir ki, peyvənd olunmadan koronavirusdan qurtulmaq çətin olacaq. Əgər normal həyat tərzinə qayıtmaq istəyiriksə, vaksinasiya bunun çıxış yoludur. Bu gün vaksinasiyadan başqa bu xəstəliyin aradan qaıdırılmasında digər bir yolumuz yoxdur. Ona görə bu variant ən məqbul variantdır. Dövlətimiz insanların sağlam həyata qayıtması üçün bütün mümkün olanları edir. Ona görə, hər bir vətəndaş üzərinə düşən məsuliyyəti düzgün dərk etməlidir. Bütün gigeynik tələblərə riayət etməklə,bərabər vaksinasiyada iştirak etməlidir.

-Belə virusdan qurtulmaq və gələcəkdə bir çox xəstəliklərdən uzaq olmaq üçün səhiyyə mədəniyyətini necə inkişaf etdirmək lazımdır?

-Səhiyyə mədəniyyətinin inkişafı çox zəruri məsələdir. Bəlkə də deyərdim ki, bütün mədənəiyyətlərin önündə durmalıdır. Tibbi təfəkkürü inkişaf etdirmək üçün hər zaman ciddi iş aparılmalıdır. Təbii ki, tibbi maarifləndirmə prosesi geniş vüsət almalıdır. İnsanlar düzgün qidalanmaqla bərabər hərəkətliliyi artırmalıdırlar. Çünki az hərəkətlilik öz mənfi təsirini göstərir. Bütün hallarda tibbi, ekoloji maarifçilik işi genişlənməlidir. Bu işlər evdə, ailədə, təhsil ocaqlarında, TV-lərdə, internet medaiada daha geniş aparılmalıdır. Nəhayət COVD-19-a qarşı mübarizədə qəbul olunmuş qızıl qaydalara əməl etməl etmək lazımdır: gigiyenik tələblərə riayət etmək, məsafə saxlamaq, maska taxmaq. Düşünürəm ki, bu tələblərə əməl etsək ciddi nailiyyətlər qazanarıq.

-Professor Siz Azərbaycanda damar cərrahiyyəsi sahəsində 10 il öncə yeni müalicə üsuluna başlamısınız. Bu barədə nə deyə bilərsiniz?

-Mən bu məsələnin tarixi üzərində qısaca dayanmaq istərdim. 2006-cı ildə mən Səhiyyə Nazirliyinin baş cərrahı təyin edildikdən sonra daha çox beynəlxalq konqress və simpoziumlara qatıldım. Dünya cərrahiyyəsində olan yenilikləri ilk olaraq və birinci mənbədən eşitmək, tanış olmaq imkanım yarandı. Bir çox sahələr, o cümlədən də damar cərrahiyyəsində olan ən son yeniliklərdən xəbərdar olmaq imkanım yarandı. Onların arasında milyonlarla insanın bəlasına çevrilmiş varikoz xəstəliyinin müalicəsində ən son təklif olunan və çox cazibədar görünən endovenoz lazerin tətbiqi oldu. Bu mənim üçün bir möcüzə kimi göründü və ilk dəfə eşitdikdə doğrusu buna inanmadım. Ancaq sonrakı illər ərzində onun dünyada necə sürətlə yayıldığını və ilk müsbət nəticələrinin gördükdən sonra, Lazer müalicəsiinn ölkəmizə gətirilməsi qərarına gəldim. Bunun üçün çoxsaylı problemlərlə qarşılaşdım. İlk növbədə bahalı aparatın alınıb Azərbasycana gətirilməsi, xaricə treyninqə gedib metodikanı öyrənmək və s. Yalnız onu demək istəyirəm ki, Lazer cərrahiyyəsinin metodikasını öyrənmək üçün mən dünyanın 4 ölkəsi - Türkiyə, Ukrayna, Almaniya və Latviyanın klinikalarında olub, cərrahi əməliyyatlarda iştirak etmişəm. Treyninq keçmişəm, əməliyyatdan sonra xəstələrin vəziyyətini izləmişəm. Yeni müalicə metodunun yüksək effektivliyinə və təhlükəsizliyinə tam əmin olduqdan sonra əməliyyatların icrasına qərar verdik. Beləliklə, 2011-ci ilin fevralın 23-də Azərbaycanda ilk dəfə varikozun müalicəsində Endovazal Lazer Ablasiyası müalicə üsulunu tətbiq etdim. Açığını deyim ki, bu o qədər də asan olmadı və nəhayət ilk pasiyentimiz olan 83 yaşlı bir qadında hər iki ayağın venasının lazer ablasıyasını apardıq. Müsbət haldır ki, ilk dəfə 10 il əvvəl bizim Azərbaycanda tətbiq etməyə başladığımız bu üsul, hazırda bir çox klinikalarda uğurla istifadə olunmaqdadır. Bu gün isə bu işin pioneri olmaqda, xalqımızın bu müasir az invaziv, ağrısız və kəsiksiz müalicədən necə bəhrələndiyini gördükdə bir qürur hissi keçirir və onlarla bərabər mən də sevinirəm. Lazerlə müalicə bu gün dünyada varikoz xəstəliyinin müalicəsində qızıl standart sayılır.

Dünyada elmin inkişafı bir nöqtədə dayanmadığı kimi, biz də dayana bilmərik. Yeni metodlar yaranır, getdikcə kohnələri əvəz edir, sonra isə özləri tarixin arxivinə verilir. Lazer müalicəsi varikozun müalicəsində bir son deyil. Daha sonra yaranmışlarla rəqabət həyatı yaşayır. Belə son üsullardan biri də NT-NT (Non Termal-Non Tumessent) deyilən metod oldu. 2019-cu ilin axırında Türkiyədən dəvət olunmuş və bu sahədə böyük təcrübəyə malik tanınmış damar cərrahlar ilə birlikdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında bir neçə xəstədə bu üsulla əməliyyatı yerinə yetirdik. Əməliyyat nəinki Azərbaycanda, hətta MDB məkanında ilk dəfə icra edilirdi. Bu müalicə metodu varikoz xəstəliyinin müalicəsinin ən son üsuludur.İndi bu üsul bütün dünyada sürətlə yayılmaqdadır və təbii ki, biz də kənarda qala bilməzdik. Metodun əsasında kimyəvi ablasiya deyilən, yəni damarın mənfəzinə xüsusi kimyəvi qarışıq vurmaqla onun bağlanmasına və sonda tamamilə sorulmasına səbəb olan proses dayanır. Kimyəvi ablasiya uzun illər daha çox skleroterapiya şəklində istifadə olunurdu.

Lakin bu metod isə keyfiyyətcə yeni, tamamilə fərqli bir ablasiyadır. Məlumat üçün bildirmək istəyirəm ki, 2019-cu ildə Dünya Fleboloji Cəmiyyətinin Krakov konqresində müalicənin geniş nəticələri ilk dəfə elan olundu və açıq deyim ki, bu bir şok effekti yaratdı. Artıq varikozun müalicəsinin bu ən yeni metodu da Azərbaycandadır, xəstələrimizin sərəncamındadır. Buyursunlar, bəhrələnsinlər. Lazer kimi dəyərli və qiymətli metoddan hansı üstünlükləri var? Tədqiqatların nəticələri göstərdi ki, embolizasiya yüksək effektli və tam təhlükəsizdir. Onu da qeyd etmək istərdim ki, Varikozun daha çox rast gəlinən fəsadları arasında kəskin tromboz və tromboflebit, qanaxmalar, trofiki dəyişikliklər və trofiki xoraların baş verməsini misal çəkmək olar. Bizə müraciət edən xəstələrin əksəriyyətində varikozun bu və ya digər fəsadı müşahidə olunur

-Tətbiq etdiyiniz bu müalicə üsulunun 10 ili tamam olur. Daha hansı yeniliklər gözlənilir, müraicət edən xəstələrə hər hansı güzəştlər nəzərdə tutulurmu?

-Tibbi elmi elə bir sahədir ki, daim yenilənirr, təkmilləşir. Dünyada tibb sahəsində gedən yenilikləri biz daim izləyirik. Ən mütərəqqi yeniliklərin Azərbaycanda tətbiqinə çalışırıq. Pandemiya başladıqdan sonra beynəlxalq forumlara internet üzərindən qatılırıq, 2020-ci il ərzində 5, bu ilin 2 ayı ərzində isə artıq iki belə foruma qatılmışam. Deyərdim ki, istənilən bir yenilik bizim diqqətimizdən yayınmır. Azərbaycan tibbi dünya elminə inteqrasiyanı mütəmadi olaraq genişləndirir.Varikozun müasir kompleks müalicəsinin tətbiqində bir sıra yeniliklər etmişik və bunlar bu gün böyük uğurla istifadə olunmaqdadır. Sizin sualin ikinci hissəsi ilə əlaqədar onu da qeyd etmək istərdim ki, venalazerin 10 illiyi ilə əlaqədar olaraq Bakı Sağlamlıq Mərkəzində həkim qəbulu, müayinəsinə və müalicələrə görə, xəstələrimizə 30 faiz güzəştlər nəzərdə tutulur.

-Xarici eksperlərlə fikir mübadiləsi çox zəruridir. İnnovativ, cəlbedici təkliflərin, təcrübənin davamlı olaraq Azərbaycanda tətbiqi haqqında nə deyə bilərsiniz?

-Mənim fikrimcə, hər bir beynəlxalaq konfranlara qatılmaqda əsas məqsəd dünyada olan ən son yeniliklərdən xəbərdar olmaq, onları mənimsəmək, ölkəyə gətirmək və xalqımızın bunlardan faydalanmasına çalışmaqdan ibarətdir. Toplantılarda kifayət qədər maraqlı çıxışlar, təkliflər olur, heç şübhəsiz ki, onların bir çoxunu, xüsusilə də dünyada varikoz xəstəliklləri ilə bağlı yenilikləri izləyirəm, öyrənirəm və Azərbaycanda tətbiq edirəm. Onlayn toplantılara biz qatılmaqla təcrübəmizi daha da zənginləşdirik, innovativ metodologiyaların ölkəmizdə tətbiqinə çalışırıq. Tək venoz yox, limfatik damarların da xəstəliklərinin geniş müzakirəsi, fikir və informasiya mübadiləsindən biz də, Azərbaycan səhiyyəsinə və tibb elminə xidmət edən bir şəxs olaraq maksimum yararlanacağıq.

-Professor, pandemiyanın davam etməsinə baxmayaraq Azərbaycanda mərhələli şəkildə tibbi sığorta sisteminə keçid davam edir. Ümumiyyətlə, bu, sistemə keçid nə dərəcədə effektli olacaq?

-Bu sistemə keçidin çox effektli olacağına tam əminəm. Çünki tibbi sığortanın alternativi bütün dünyada yoxdur. Ona görə də tibbi sığorta təbabət elminin inkişafı və əhalinin sağlamlığı baxımından məqbul variantdır. Bu model sayəsində insanlar hər zaman dövlətin zəmanət verdiyi tibbi xidmətləri pulsuz əldə edəcəklər. Müşahidələrimizə görə, tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyəti böyük olacaq. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı məlum sərəncamı var və inanıram ki, onun icrası nəticəsində ciddi müsbət dəyişikliklər olacaq. Xüsusilə, aztəminatlı ailələrin tibbi sığortandan yararlanması əhalinin sağlamlığının daha yaxşı təşkil olunmasına, keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinə təkan verəcək.

Fact-info.az

Baxış sayı : 1207
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09