SOSİAL
A- A A+

Şura layihələrin qiymətləndirilməsində yeniliklər edəcək

2016-01-21 20:40:20

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında qurumun sədri Azay Quliyev və Katibliyin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə QHT layihələrini qiymətləndirən ekspertlərlə görüş keçirilib

Məlumata görə, toplantıda 2016-cı ildə layihələrin dəyərləndirilməsi işində şəffaflığın daha yüksək dərəcədə təmin olunması üçün bir sıra yeniliklər tətbiq olunacağı məsələsi müzakirə olunub. Şuranın cari ildəki maliyyə müsabiqəsində qeydiyyatdan keçən hər bir QHT-nin layihəsinə verilən ekspert rəyi və müvafiq bal ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, birinci mərhələdə layihələr Şura Katibliyinin əməkdaşları tərəfindən texniki seleksiyadan keçirilir. Burada məqsəd QHT-lərin təqdim etdikləri layihə sənədlərinin müsabiqə şərt və qaydalarına uyğunluğunu müəyyən etməkdir.

İkinci mərhələdə isə hər bir layihəyə 3 müxtəlif ekspert rəy verir. Bir ekspertin verdiyi bal digərinə bəlli olmur. Ekpertlər Şura Katibliyinin onlara təqdim etdiyi elektron kodlarla müvafiq hesablara daxil olaraq qiymətləndirmə prosesini həyata keçirirlər. Hər bir ekspert 7 istiqamət və 13 sual üzrə qiymətləndirmə aparır və layihələri 5 ballıq şkala üzrə dəyərləndirir.

Bir layihə üzrə maksimum bal 65-dir. Ekspertlərin 40-dan yuxarı balla qiymətləndirdiyi  layihələrin maliyələşdirilməsi Şuranın müzakirəsinə təklif edilir. Üçüncü mərhələdə isə Şura hər bir layihə üzrə təqdim olunmuş ekspert rəyini, QHT-nin Şuranın maliyyə dəstəyi hesabına əvvəlki illərdə həyata keçirdiyi layihənin icra vəziyyətini və layihə idarəetmə təcrübəsini nəzərə alaraq yekun qərar qəbul edir. Müsabiqə nəticələri açıqlandıqdan sonra narazı qalan hər bir QHT-nin Şuranın Apellyasiya Komissiyasına müraciət etmək hüququ var. 
Görüşdə bütün layihələrin yalnız ekspert rəylərinin nəticəsi əsas götürülərək qiymətləndiriləcəyi, hər hansı subyektiv yanaşmaya və kənar müdaxiləyə yol verilməyəcəyi vurğulanıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 1176

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...