2021-02-15 09:05:50 | MÜSAHİBƏ
Azərbaycan Prezidenti sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi, sözü və əməli ilə tarix yazdı

.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələrdən və təbii ki, Prezident İlham Əliyevin işğalçı ölkənin qlobal miqyasda dövlətimizə qarşı apardığı yalan və böhtandan ibarət, təxribat xarakterli informasiya siyasətinə vurduğu həlledici zərbədən bir il ötür. Şübhəsiz ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin Ermənistanın baş nazirinə verdiyi dərs, təkcə işğalçı ölkənin deyil, bütövlükdə dünyanın hər yerində təşkilatlanmış, qlobal media resurslarında öz şəbəkələrini yaratmış, vahid mərkəzdən idarə olunan erməniliyin və onların çoxsaylı himayədarlarının uzun illərdən bəri dövlətimizə qarşı apardıqları siyasətin dünyanın gözü qarşısında darmadağın edilməsi kimi tarixdə qalacaq və İlham Əliyevin şəxsində liderin, dövlət başçısının öz xalqının maraqlarını necə məharətlə, qətiyyətlə müdafiə etməsinin bariz nümunələrindən biri kimi xatırlanacaq.

Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli deyib: “Münxen Təhlükəsiz Konfransı çərçivəsində keçirilən panel müzakirələrdən, tarixə ilk yüksək səviyyəli Azərbaycan-Ermənistan debatı kimi düşən hadisə haqqında danışdığımız zaman, bundan öncəki təmaslara, Valday Beynəlxalq Diskussiya Klubunda və MDB dövlət başçılarının Aşqabadda keçirilən Zirvə Görüşündə baş verənlərə diqqət çəkməyin vacib olduğunu düşünürəm. Çünki bu halda Prezident İlham Əliyevin müəyyən zaman fərqləri ilə müxtəlif dialoq və əməkdaşlıq platformalarında Ermənistanın işğalçılıq siyasətini, illərdən bəri yalan və böhtan üyütməklə, hətta öz müttəfiqlərinə münasibətdə belə riyakar, qeyri-səmimi olduğunu necə ardıcıllıqla və dəqiqliklə, konkret hədəflərə toxunaraq ifşa etdiyini müəyyənləşdirə bilərik.

Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında çıxış edən və istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın ayrılmaz bir parçası olan Dağlıq Qarabağa ilhaq, qəsbkarlıq iddialarını davam etdirən Ermənistanın baş nazirinin səsləndirdiyi bütün fikirləri tutarlı tarixi faktlarla, dəmir məntiqə söykənən arqumentlərlə alt-üst etməklə yanaşı, işğalçı ölkəyə, onun himayədarlarına və bütün dünyaya xalqımızın səbrinin qırmızı xəttinin nədən ibarət olduğunu bir daha xatırlatdı. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda mübarizəsinin simvoluna çevrildi, döyüş ruhumuzun dirçəldilməsində, vahid milli hədəf uğrunda mübarizə naminə birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsində müstəsna rol oynadı.

MDB Dövlət Başçılarının Aşqabadda keçirilən Zirvə Toplantısında Prezident İlham Əliyev Ermənistanın informasiya siyasətinə, təbliğat maşınına növbəti ağır zərbəni vurdu. Dövlətimizin başçısı minlərlə dinc insanın qətlə yetirilməsində iştirak edən faşist Qaregin Njdeyə Yerevanda abidə ucaldıldığını qeyd edərək, faşizmin Ermənistanın dövlət ideologiyası olduğunu tutarlı faktlarla sübuta yetirərək, ermənilərin İkinci Dünya müharibəsindəki iştirakını vurğulayaraq, bu amildən postsovet məkanında təbliğat vasitəsi kimi istifadə edənlərin gerçək mahiyyətini ortaya qoydu və sübuta yetirdi ki, Ermənistan hətta öz müttəfiqlərinə münasibətdə belə qeyri-səmimidir. Yəni necə ola bilər ki, həm faşizmə qarşı mübarizə apardığını iddia edəsən, həm də faşist cəlladına öz ölkənin paytaxtında abidə ucaldasan? Azərbaycan Prezidentinin sözügedən Zirvə Toplantısında səsləndirdiyi fikirlər Ermənistanın MDB məkanında uzun illərdən bəri şəbəkələşdirməyə nail olduğu informasiya-təbliğat siyasətini təməlindən sarsıtdı, erməni təbliğat maşınının təsiri altına düşən insanları düşünməyə vadar etdi, ermənipərəst dairələrin mövqeyini zəiflətdi.

Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tarixi debatda Ermənistanın baş nazirini və təbii ki, “böyük Ermənistan” xülyası ilə yaşayan bütün erməniliyin iddialarını alt-üst etməsi isə dövlətimizin başçısının informasiya müstəvisində müəyyənləşdirdiyi hücum taktikasının həlledici zərbəsi idi və bütün bunlar 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın informasiya savaşında da üstün tərəf olmasında əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi və yerinə yetirdi, sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi, sözü və əməli ilə tarix yazdı. Azərbaycan Prezidentinin dəmir məntiqi döyüş meydanında dəmir yumruğa çevrilərək xalqımıza tarixi Zəfər qazandırdı!”

Baxış sayı : 154
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09