2021-02-11 15:55:22 | MÜSAHİBƏ
“Dilavər Əzimlinin səhhəti ciddi narahatlıq doğurur”

Bu fikirləri Bütöv Azərbaycan Ocaqları (BAO) üzvü, tarixçi alim D.Əzimlinin iş yoldaşı, BAO təmsilçisi, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı söylədi.

O, müxbirimizə verdiyi müsahibəsində xəstənin vəziyyətinin qənaətbəxş olmadığını, bunu ictimaiyyətin və media orqanlarının diqqətinə çatdırmağı vacib hesab etdiyini bildirdi.

“Artıq 1 aydan çoxdur ki, Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilən Dilavər bəyin guya müntəzəm və intensiv müalicə aldığı, vəziyyətinin getdikcə yaxşılaşdığı bildirilirdi. Yaxınları onun COVİD-19 xəstəliyindən vaxtında müalicə aldığını, yalnız ciyərlərində hər hansı fəsadın qalmaması üçün özünün həmin xəstəxanaya müraciət etdiyini deyirlər. Yəni o, xəstəxanaya müraciət edərkən vəziyyəti o qədər də kritik olmayıb. Bir müddət orada müalicə alan xəstənin vəziyyətinin tədricən ağırlaşdığı və sonradan ECMO süni nəfəs aparatına qoşulduğunu öyrəniblər. İndiyədək həkimlər bizə hər cür müalicənin aparıldığını və onun vəziyyətinin getdikcə yaxşılaşacağına ümid etdiklərini vurğulayırdılar. İndi isə, çox təəssüf ki, heç bir yaxşılaşmadan danışa bilmərik, əksinə, vəziyyət getdikcə ağırlaşır.

Onu da deməliyik ki, Dilavər bəy həmin xəstəxanaya yerləşdiriləndən sonra bu məsələ ictimai media və sosial şəbəkələrdə geniş müzakirə olunmuş, bəzi dövlət qurumlarının diqqətinə çatdırılmış və onun müalicəsinin dövlət hesabına aparılacağı göstərilmişdi. Ona görə də bizdə müəyyən əminlik yaranmışdı. Təəssüf ki, həmin dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, D.Əzimlinin səhhətində heç bir irəliləyiş müşahidə olunmur. Bu da bizdə, haqlı olaraq, ciddi narahatlıq doğurur. Alim dostumuzun hazırkı vəziyyətini real qiymətləndirsək, onun indiyədək lazımı və effektli müalicə aldığına bizdə müəyyən şübhələr yaranır. Ona görə də FHN-yinin Zığda yerləşən modul tipli xəstəxanasının həkimləri və əlaqədar təşkilatlardan bu işə biganə yanaşmamağı və bu barədə bizə daha dolğun və səhih məlumat vermələrini xahiş edirik. Əgər lazım gələrsə, biz, BAO olaraq, əqidə dostumuzun bundan sonrakı müalicə xərclərini öz üzərimizə götürməyə hazırıq. Yeri gəlmişkən, D.Əzimlinin müalicəsində indiyədək əməyi olan həkimlərə, bu məsələnin ictimailəşməsində bizə dəstək olan bütün media işçilərinə və ziyalı dostlarımıza ürəkdən təşəkkür edirik”, – deyə o, sözlərini yekunlaşdırdı.

Fact-info.az

Baxış sayı : 1062
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09