2021-02-10 10:20:39 | TƏDQİQATLAR-ANALITIKA
Qarabağa icazəsiz səfərlərin qarşısının alınması Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir

10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli bəyanat imzalandı. Bundan sonrakı mərhələdə hərbi əməliyyatların dayandırılması, bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması müəyyənləşdirildi.

Bununla yanaşı, 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış üçtərəfli sənəd də yeni yaranmış mövcud reallığı dəyərləndirərək, gələcəyə doğru istiqamətlənmiş məsələlərə fokuslandı. Beləliklə də, bir daha məlum oldu ki, status məsələsi birdəfəlik tarixə qovuşdu və Azərbaycan diqtə edən, regionda yeni reallıq yaradan ölkədir.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, bu çərçivəyə tamamilə zidd olaraq, eyni zamanda gərginliyi alovlandırmağa cəhd göstərək Ermənistan xarici işlər naziri Ara Ayvazyan və regionda yaranmış yeni geosiyasi reallığı qəbul etmək istəməyən bəzi dairələr, daha dəqiq desək bir neçə gün əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim Qarabağa doğru üz tutdular:

“Sülhməramlılar onları Laçında dayandırarkən qrup Qarabağa getdiyini və Ermənistanda akkreditasiyadan keçdiklərini deyir. Sülhməramlılar isə onların Azərbaycan ərazisinə getdiklərini, Ermənistanda alınan akkreditasiyanın etibarsız olduğunu söyləyərək onların girişlərini qadağan edir və bildirirlər ki, Qarabağa daxil olmaq istəyirlərsə, Azərbaycanda akkreditasiyasından keçsinlər. Ediləcək bir şeyin olmadığını görən nümayəndə heyəti Yerevana, Fransa səfirinin yanına qayıdır. Fransa səfiri Jonathan Lakot isə qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə qurur. Paşinyan isə ona cavab verir ki, “bəli, 11 yanvarda beynəlxalq medianın səfərləri zamanı onların Azərbaycan akkreditasiyasını alması barədə razılığa gəlinib”.

Məsələ aydındır. Beləliklə də, Qarabağa icazəsiz səfərlərin qarşısının alınması Azərbaycanın prinsipiallığının nəticəsidir. Belə ki, bu məsələ ilə bağlı daim prinisipiallıq, qətiyyət və siyasi iradə nümayiş etdirən cənab Prezident İlham Əliyev 6 yanvar 2021-ci il tarixində keçirilmiş ötən ilin yekunlarına dair müşavirədə bildirdi ki, Azərbaycan sülhməramlı qüvvələr qarşısında məsələ qoyub. Azərbaycanın icazəsi olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.

Politoloq qeyd edib ki, daha öncə belə bir hal yaşanmışdı və Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi:

“Bundan sonra da Azərbaycan səssiz qalmayacaq. İndiki mərhələdə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır, bunu Ermənistan da, digər dairələr də qəbul etməlidirlər. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın icazəsi olmadan heç bir xarici vətəndaş, Beynəlxalq Qırmızı Xaç Komitəsi istisna olmaqla heç bir beynəlxalq təşkilat o əraziyə gedə bilməz. Bu tamamilə qanunazidd bir hərəkətdir. İstənilən xarici dövlətin vətəndaşı Qarabağa səfər edərkən mütləq mənada Azərbaycandan icazə almalıdır”.

Baxış sayı : 1186
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09