2021-02-08 10:25:50 | MÜSAHİBƏ
Ermənilər hansı məqsədlə Marneulidə təxribat törədir?

2021-ci ilin yanvarında armenianreport-un verdiyi xəbərə əsasən, guya Marneuli rayonundakı türklər ermənilərə məxsus yük maşınlarına hücum edərək onları məhv etmişlər. Həmin təxribat xarakterli xəbərin mətnini sizə təqdim edirik: “Dünən gecə yarısından sonra Marneulidə türklər ermənilərin 30-dan çox yük maşınlarına hücum edərək onları məhv etmişlər. Bu son bir ay ərzində düşmənin yük maşınlarımıza ikinci hücumudur. Hadisə nəticəsində xəsarət alanların və dəyər zərərin təfərrüatları hələlik məlum deyildir. Bu gün gecə saatlarında bizimlə əlaqə quran sürücülərdən biri, davaya cəlb olunmamaq üçün hadisə yerindən qaçmağa çalışdıqlarını bildirmişdir.

“Gürcüstan ərazisindən yük daşımaları son dərəcə təhlükəli olur. Biz artıq ölümün gözlərinə baxaraq türklərin arasında gəzirik. Kim bu barədə düşünməlidir? İqtisadiyyat tezliklə ağır vəziyyətə düşəcəkdir. Bizim məmurlarımız isə İrəvanda Paşinyanın rəhbərliyi ilə ümumi kommunikasiyalardan danışırlar. Yükləri Azərbaycan vasitəsilə Rusiyaya daşımaq istəyirlər… Gürcüstan vasitəsilə yükün təhlükəsiz daşınmasını təmin edə bilmədiyin halda sən necə bizim təhlükəsizliyimizə zəmanət verirsən?”- deyə, sürücülərdən biri qeyd edir”.

Armenianreport-un yayımladığı bu dezinformasiyada ermənilər günahı türklərin üstünə atırlar, həmin xəbərlə eyni gündə - arm-world.ru saytında yayımlanan dezinformasiyada isə ermənilər törətdikləri təxribata görə günahı azərbaycanlıların üstünə atırlar. Görünüşə görə, Ermənistan özü əslində təcavüzkar bir dövlət olduğu halda yenə təxribat törədərək günahı iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin üzərinə atmağa çalışır. Aydın məsələdir ki, 44 günlük müharibənin nəticəsində Ermənistanın ağır məğlubiyyətə uğramasını, böyük itkilər verməsini, o cümlədən, İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Dağlıq Qarabağın şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmasını həzm edə bilməyən ermənilər günü bu gün də qisas hissi ilə yaşamağa davam edirlər. Bu baxımdan 2020-ci ilin oktyabrında Azərbayana məxsus yük maşınlarının atəşə tutulmasına dair video görüntünün İzvestiya tərəfindən yayımlanması da erməni təcavüzkarlığını göz qarşısına qoyur.

Armenianreport-un yayımladığı dezinformasiyada Ermənistanın iqtisadiyyatının tezliklə ağır vəziyyətə düşəcəyi qeyd olunur. Belə bir məqamda isə sual ortaya çıxır ki, məgər hazırda iqtisadiyyatı ağır vəziyyətdə olan elə Ermənistanın özü deyil? Təbii ki, özüdür. Bununla yanaşı, qeyd etmək lazımdır ki, ermənilər sözün əsl mənasında ölümün nə olduğunu şanlı Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etdiyi zaman gördülər. Heç kəsə sirr deyildir ki, Ermənistan hər zaman qonşularının hesabına özünə gün ağlamışdır. Ermənistan tarix boyu öz xeyri naminə qonşularının torpaqlarını işğal yolu ilə mənimsəməyə və bu müqəddəs torpaqlardan öz məkrli siyasəti naminə istifadə etməyə çalışmışdır. Ermənilər günü bu gün də öz çirkin əməllərindən çəkinmirlər.

Qeyd edək ki, Paşinyan hökumətinin siyasətdən tamamilə kənar olmasına və təcrübəsizliyinə görə Ermənistanın heç özündə də təhlükəsizlik məsələlərinə ciddi şəkildə riayət olunmur. Buna sübut olaraq 2020-ci ilin iyununda Avropa Birliyinin Komissiyası tərəfindən Ermənistanın aviaşirkətlərinin qara siyahıya daxil edilməsini göstərmək olar. Həmin siyahıda Ermənistan - Anqola, Konqo, Nepal, Sudan kimi ölkələrin yanında yer alır. Bununla yanaşı, 2020-ci ilin iyulunda Ermənistandakı epidemioloji vəziyyətin pis olmasına görə İtaliyanın onu qara siyahıya daxil etməsini göstərmək olar. Görünüşə görə Ermənistan koronavirusun daha çox yayıldığı ölkələrin sırasındadır.

Bu gün bir tərəfdən siyasi qarşıdurmanın, xaosun, digər bir tərəfdən koronavirusun baş alıb getdiyi Ermənistanda hər hansı bir təhlükəsizlik məsələlərindən danışmaq qeyri-mümkündür. Artıq Emənistanda demək olar ki hamı, belə bir vəziyyətə səbəbkar olan, kapitulyasiya aktına imza atan və nəticədə məğlubiyyət simvoluna çevrilən Paşinyanın hakimiyyətdən getməsinin tərəfdarıdır.

İqtisadiyyatı darmadağın vəziyyətdə olan Ermənistandan fərqli olaraq bizim iqtisadi müstəqilliyimizin sayəsində siyasi müstəqilliyimiz günü-gündən daha da güclənmişdir. Bütün bunlar isə məhz möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsində öz əksini tapmışdır. O siyasət ki onun təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Həmin düşünülmüş siyasətin nəticəsində düşmənlərimiz torpaqlarımızdan qovulmuş, əldə etdiyimiz qələbəmiz isə siyasi yolla daha da möhkəmlənmişdir.

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

В Марнеули турки напали на колонну армянских грузовых машин /25.01.2021/ https://armenianreport.com/ru/pubs/271230/ Стали известны подробности нападения азербайджанцев на армянские фуры в Марнеули /25.01.2021/ https://arm-world.ru/news/novostnik/68399-stali-izvestny-podrobnosti-napadenija-azerbajdzhancev-na-armjanskie-fury-v-marneuli.html

Обстрел азербайджанских грузовиков /05.10.2020/ https://iz.ru/1069474/video/obstrel-azerbaidzhanskikh-gruzovikov Почему Армения попала в европейский "черный список" - авиавласти пояснили /02.06.2020/

https://ru.armeniasputnik.am/society/20200602/23254054/Pochemu-Armeniya-popala-v-evropeyskiy-chernyy-spisok---aviavlasti-poyasnili.html

Италия включила Армению в “черный” список из-за плохой эпидемиологической ситуации /10.07.2020/ https://newsarmenia.am/news/society/italiya-vklyuchila-armeniyu-v-chernyy-spisok-iz-za-plokhoy-epidemiologicheskoy-situatsii/?__cf_chl_jschl_tk__=531cf71d0405a71c0bb7009dc65f5f086e05f4f1-1612308848-0-ARONHi2EbMH1EtrVIVE4D6vkk8EE-CU7dtaEvp7OaUVDj6KEXru4f5JZwnZ_eSeDv3SG1Vdpj1QmLFKTUzakO-

Baxış sayı : 474
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36