2021-02-05 10:25:15 | CƏMİYYƏT
Əcnəbi media dahi mütəfəkkir şair Nizami Gəncəvidən yazıb

İtaliyanın “Qlobus” jurnalında Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “Dünya ədəbiyyatının qızıl səhifəsi: azərbaycanlı mütəfəkkir şair Nizami Gəncəvi” adlı məqaləsi dərc olunub. Italyan dilində çap olunan məqalə, həmçinin jurnalın internet saytında italyan, ingilis, alman, fransız, rus, portuqal və ispan dillərində yerləşdirilib.

Məqalədə Nizami Gəncəvinin Şərqin fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirməsi və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırması xüsusi vurğulanır, həyat və yaradıcılığı haqqında məlumat verilir. Böyük sənətkarın ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı dünyanın görkəmli şəxsiyyətlərinin fikirləri əsasında təhlil edilir, “Xəmsə”nin poemaları ayrı-ayrılıqda şərh olunur. Bildirilir ki, Nizami Gəncəvinin zəngin ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, dərin fəlsəfi fikir, hikmət xəzinəsidir. 880 əsr keçməsinə baxmayaraq, qüdrətli söz ustasının ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.

Nizami Gəncəvini dünya ədəbiyyatının qızıl səhifəsi, bəşəriyyətin bədii fikir tarixinin nadir hadisəsi adlandıran müəllif qeyd edir: “Həmyerlim haqqında yazmaq qurur, xoşbəxtlik və məsuliyyətdir! Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin yaradıcılığı doqquz əsrə yaxındır ki, Azərbaycan xalqının mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda, Qərb ədəbi-mədəni dəyərləri öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənası ilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. Böyük mütəfəkkirin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideyalar sonralar özünü dünya ədəbiyyatında Avropa renessansı sənətkarlarının yaradıcılığında büruzə vermişdir”.

Müəllif göstərir ki, Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri onun əsərlərində toxunduğu ictimai problemlərdir: “Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlinir. Humanist və tolerant şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər şair idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirərək, vətəni tərənnüm edib. Şairin yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Məqalədə Nizami əsərlərini dövrün tələbinə uyğun olaraq fars dilində yazması izah olur. Nizaminin fars dilində yazmasına baxmayaraq, poemalarından türklərin tərənnümünü əks etdirən nümunələr təqdim olunur. Nizami yaradıcılığından verilən nümunələr, tanınmış ədəbiyyatşünasların, tarixçilərin fikirləri onun Azərbaycan türkü olduğunun bir daha təsdiq edir. Müəllif bildirir ki, Nizaminin dünyagörüşü, yaradıcılığı Azərbaycan xalqının folkloru, dili, ləhcəsi, ədəbiyyatı ilə bağlı şəkildə formalaşıb. Bunu dünyanın bir sıra nizamişünasları, tədqiqatçı alimləri də təsbit ediblər.

Bildirilir ki, Nizami Gəncəvinin həyat və yaradıcılığı şairin vətəni Azərbaycanda, dünyanın bir çox ölkələrində geniş öyrənilib, nizamişünaslıq elmi yaradılıb. Şairin haqqında sanballı tədqiqat əsərləri, monoqrafiyalar yazılmış, dünyada ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanıb. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətlə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi, geniş tədbirlər planının hazırlanması xarici auditoriyanın diqqətinə çatdırılır. Müəllif məqaləni rus şairi Nikolay Tixinovun sözləri ilə tamamlayır: “Nizaminin səsi səkkiz əsrdən bəri eşidilir və biz indi elə hiss edirik ki, şair sanki bizim arxamızdadır”.

Baxış sayı : 417
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09