SİYASƏT
A- A A+

ABŞ Azərbaycanlıları Şəbəkəsi Qara Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar kampaniya keçirir

2016-01-20 09:30:48

ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan xalqının 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar 1990-cı ildə baş vermiş bu hadisələr barədə Amerika ictimaiyyətini məlumatlandırmaq üçün ənənəvi yazılı kampaniyaya başlayıb

Şəbəkənin hazırladığı müraciətdə “Human Right Watch” hüquq müdafiəsi təşkilatının “Azərbaycanda Qara Yanvar” hesabatından faktlar, habelə Bakıda sovet ordusu tərəfindən qətlə yetirilən dinc sakinlər barədə statistik məlumatlar yer alıb. Müraciətdə deyilir ki, 26 minlik sovet qoşunları kontingenti 1990-cı il Yanvarın 20-də Bakını işğal edib, şəhərin dinc əhalisini qırıb. Nəticədə 147 nəfər həlak olub, xeyli adam itkin düşüb. Müraciətdə qeyd edilir ki, sovet qoşunlarının günahsız Azərbaycan vətəndaşlarına qarşı hücumu 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda dinc əhalinin qırğınının davamı olub. Qara Yanvardan sonra – 1991-ci ilin yanvarında Litvada da eynilə bu cür faciəli hadisələr baş verib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinə, mətbuatına və qanunvericilərinə müraciətində deyilir ki, 1990-cı ilin 20 Yanvar günü Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olub. Müraciətdə deyilir: “Azərbaycanda 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına faciəli səhifə kimi həkk olunsa da, bir il sonra - 1991-ci ildə respublikada müstəqilliyin elan edilməsinə səbəb olub. Qara Yanvar iyirmi altı il sonra da əhəmiyyətini itirməyib. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıdakı Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsinə ehtiramlarını bildirirlər”.

ABŞ-ın azərbaycanlı icmasının üzvləri yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri barədə məlumatlandırır, ölkənin qanunvericilərini bu vəhşi aksiyanı rəsmən pisləyən qətnamələr qəbul etməyə çağırırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin ənənəvi kampaniyası nəticəsində son 8 ildə müxtəlif Amerika nəşrlərində Qara Yanvar barədə onlarca məqalə dərc edilib, bir neçə ştat tərəfindən qubernator səviyyəsində proklamasiyalar, parlament səviyyəsində qətnamələr qəbul edilib.

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 667

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...