SOSİAL
A- A A+

20 YANVAR-- QAN YADDAŞIMIZ

2016-01-19 09:25:57

“Demokratik Cəmiyyət və Qadın Hüqüqlarının Müdafiəsi” İctimai Birliyi və Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi 20 Yanvar hadisəsi ilə bağlı tədbir kecirmisdir

 

 Tədbiri giriş sözü ilə, acan “Demokratik  Cəmiyyət və  Qadın  Hüqüqlarının Müdafiəsi”  ictimai birliyinin sədri Mehriban Abdullayeva əvvəlcə tədbir iştirakcılarından 20 yanvar hadisələri zamanı həlak olmuş qardaş və bacılarımızı bir dəqəqəlik sükutla yadd edilməsini xahiş etdi. Daha sonra o, qeyd etdi ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. 1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1990-cı il yanvarın ortalarında SSRİ mudafiə və daxili işlər nazirliklərinin, habelə başqa xususi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən cox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi quvvələrin, əməliyyatlara rəhbərlik etmək ucun Bakıya gələn 300-dən artıq yuksək rutbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika budcəsindən odənilirdi. Yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan, və muxtəlif təyinatlı zirehli doyuş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant cıxarılmışdı. Azərbaycan xalqına qarşı torədilmiş bu təcavuz aktı mərhələ-mərhələ həyata kecirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar torədilmişdir.

Fovqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı gunlərdə Bakı şəhərində daha 57 nəfər oldurulmuşdur. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftcalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdir.

.Daha sonra cıxış edən Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək ictimai birliyinin sədri Tofiq Əlizadə yanvarın 19-da SSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fovqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat catdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nun, o cumlədən Salyan kazarmasının giriş-cıxış yolu kəsilmişdi. Bakıya yeridilən qoşun kontingenti qapalı duşərgələrdə saxlanılırdı. Onlarla əhali ilə unsiyyətdə olmağa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, “islam fundamentalistləri”, “panturkistlər” Azərbaycanda sovet hakimiyyətini ələ keciriblər, ona gorə də onları məhv etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə koklənən, spirtli ickilər vasitəsilə qızışdırılaraq, şəhərə hucum edən əsgər və zabitlər qadına, qocaya, körpəyə, hətta təcili yardım maşınlarının suruculərinə və həkimlərə fərq qoymadan atəş acmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Azərbaycan xalqına qarşı torədilmiş bu təcavuz aktı mərhələ-mərhələ həyata kecirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar torədilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər oldurulmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Daha sonra cıxış edınlər qeyd etdilər ki,1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı ücün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

20 Yanvar faciəsi, eyni zamanda həm umumxalq faciəsi, həm də mustəqillik, istiqlal və hurriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Tariximizin bu səhifəsi imperiya gullələrinin səsindən acılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq!

 

   Fact-info.az

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 1960

QHT və MEDİA

2020-02-22 22:05:34

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşə...

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...