2021-01-27 19:05:02 | QHT VƏ MEDİA
“SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi birgə görəcəyi işlər

.

“SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi ilə ODTU plastik tullantıların təkrar kimyəvi emalını həyata keçirəcək Layihənin məqsədi innovativ texnologiyalar əsasında plastik tullantıları yenidən xammala çevrməklə istifadəyə yararlı hala gətirməkdir

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin mütərəqqi, dayanıqlı, ekoloji cəhətdən təmiz məhsul istehsalı və rəqəmsal texnologiyaların inkişafı məqsədi ilə yaratdığı “SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi plastik tullantıların təkrar kimyəvi emalı üçün Yaxın Şərq Texniki Universiteti (ODTU) ilə birgə layihəyə start verir. Layihə çəçivəsində “SOCAR Ar-Ge” və ODTU əməkdaşları tullantı plastikləri ilkin komponentlərinə çevirərək, təkrar və davamlı şəkildə plastik xammal istehsalının istifadəsi istiqamətində tədqiqat aparacaqlar. Bu layihənin reallaşdırılması nəticəsində bir tərəfdən təbii mənbələri qoruyacaq, digər tərəfdən isə dövri iqtisadiyyata töhfə verəcək baza texnologiyalarının inkişaf etdirilməsi istiqamətində mühüm bir addım atılacaqdır.

3 il davam edəcək layihə sayəsində “SOCAR Türkiyə”nin özünəməxsus metod və texnologiyalarını inkişaf etdirmək imkanına da malik olacağını bildirən “SOCAR Ar-Ge” tədqiqat və inkişaf mərkəzinin baş direktoru Bilal Quliyev demişdir: “Məqsədimiz ilk növbədə yeni texnologiyaları inkişaf etdirməkdir. Layihənin sənaye miqyasında tətbiqinə qərar verildikdən sonra tullantıların idarə edilməsi ilə məşğul olan şirkətlərdən və bu tullantıların alına biləcəyi digər mənbələrdən xammal təminatını planlaşdırırıq. Bu layihə vasitəsilə SOCAR daxilində meydana çıxan tullantıların da istifadəsi mümkün olacaq. Plastik tullantıların təkrar kimyəvi emalı nəticəsində “Petkim”in əsas xammalı sayılan nafta üçün də alternativ bir mənbə yaranacaq. Beləliklə bir tərəfdən ətraf mühitə və iqtisadiyyatın dayanıqlılığına, digər tərəfdən də “SOCAR Türkiyə”nin rəqabətə davamlılığını təmin edəcək yeni iş yerlərinin yaranmasına töhfə verməyi hədəfləyirik”.

Layihə çərçivəsində xaricdə plastik tullantılardan mühərrik yağı əldə edilməsi mövzusunda məqalələri dərc olunan və patent üçün müraciət edilən ODTÜ Kimya Mühəndisliyi fakültəsinin müəllimi Dr. Gökhan Çeliklə birlikdə çalışdıqlarını qeyd edən Bilal Quliyev müvafiq təcrübələrin “SOCAR Ar-Ge” və ODTU laboratoriyalarında aparılacağını, layihədə istifadə olunacaq katalizatorların isə ODTU-da hazırlanacağını bildirmişdir.

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi altında Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilən Sıfır Tullantı Layihəsini xatırladan B.Quliyev daha sonra demişdir: “Sıfır Tullantı Layihəsi israfçılığın qarşısının alınmasını, mənbələrin daha səmərəli istifadəsini, tullantıların miqdarının azaldılmasını, səmərəli toplama sisteminin qurulmasını, tullantıların təkrar emalını əhatə edən və tullantıların qarşısının alınması yanaşması kimi müəyyən olunmuş bir hədəfdir. Bu hədəflər bizim layihəmizin də mahiyyətini təşkil edir. Bu da “SOCAR Türkiyə”nin strategiyasının Türkiyənin hədəflərinə uyğun olması ilə yanaşı layihənin çox mühüm və vaxtında verilmiş bir qərar olduğunu göstərir.

TƏKRAR KİMYƏVİ EMAL NƏDİR?

“SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi ilə Türkiyənin nüfuzlu universitetlərindən biri olan ODTU-nun Türkiyədə start verdiyi “təkrar kimyəvi emal” mexaniki proseslərlə davamlı olaraq təkrar emalı mümkün olmayan plastik tullantıların daha bəsit və dəyərli molekullara çevrilməsini hədəfləyən bir texnologiyadır. Təkrar kimyəvi emal prosesinin sonunda əldə ediləcək məhsullar gələcəkdə əsas polimerlərin istehsalında alternativ xammal kimi istifadə oluna biləcək.

Hər il dünyada 380 milyon ton plastik maddə istehsal olunur ki, bu da ümumilikdə neft və təbii qaz hasilatının təqribən 7%-nə bərabərdir. Plastik bazarının sürətli inkişafının da təsiri ilə plastik istehsalının 2050-ci ilədək dörd dəfə artacağı və ildə 1,1-1,5 milyard tona çatacağı ehtimal olunur. Araşdırmalara görə hər il istehsal olunan materialların 75%-dən çoxu bir dəfə istifadə olunduqdan sonra atılır və bunların böyük əksəriyyətini alçaq sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen və polipropilen kimi poliolefinlər təşkil edir. Plastik tullantıların 9%-i mexaniki üsullarla təkrar emal olunsa da, mövcud təkrar emal üsulları plastiklərin kimyəvi və enerji dəyərlərinin geri qaytarılmasını təmin etmir və dəyər itkisinə səbəb olur. Tullantı plastiklərin enerji dəyərləri geri qaytarıldığı təqdirdə iqtisadi baxımdan hər il təxminən 3,5 milyard barrel neft ekvivalentində iqtisadi qarşılığının olacağı ehtimal edilir.

Baxış sayı : 160
Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33