QHT və MEDİA
A- A A+

Hökümətə və ictimaiyyətə müraciət

2016-01-18 22:55:17

Əziz vətəndaşlar!

Devalvasiya və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, kütləvi şəkildə işsizliyin yaranması səbəbindən yaranmış sosial tələblərlə başlayan bu etirazların Rusiyaya (Siyəzən), İrana (Lənkəran-Masallı), Ermənistana (Füzuli) sərhəd  rayonlarda yaxın başlaması və ölkədəki son ictimai-siyasi hadisələrin arzuolunmaz istiqamətdə getməsi biz vətənpərvər veteran təşkilatlarını da  çox narahat edir.

 Manatın dəyərdən düşməsi və bahalaşma prosesi nəticəsində yaranmış narazılıq artıq bəzi iqtidar və müxalifət mənsubları tərəfindən siyasi etirazlara çevrilməyə başlayıb. Manatın dəyərdən düşməsi və bahalaşmaya etiraz olaraq, Bakı, Ucar, Füzuli, Sabirabad, Saatlı, Masallı, Siyəzən Lənkəran, Astara və başqa rayonlara da yayılmağa başlayıb. Hətta, Füzuli rayonun, Horadiz qəsəbəsində bahalaşma əleyhinə etiraz aksiyasında rayonun icra başçısı Alı Alıyevin istefası belə tələb olunub. Bəzi məmurların səriştəsizliyi və özbaşınalığı nəticəsində, qiymətlərin süni surətdə bahalaşması ilə əlaqədar proses bütün regionlara yayılıb.    

 Əziz vətəndaşlar, unutmayaq ki, ölkəmiz müharibə şəraitindədir, ərazimizin 20 faizi hələdə düşmən ayaqları altındadır. Gəlin bir az təmkinli olaraq respublikamızda  yaranmış mövcud sosial və iqtisadi məsələləri siyasiləşdirib vəziyyəti daha da gərginləşdirməyək.

Müstəqil Azərbaycanımızı hansısa xarici qüvvənin boyunduruğu altına keçməyərək əbədi olaraq qoruyub saxlamaq naminə, millətindən, dinindən və  siyasi mənsubiyyətindən asılı olmayaraq bir olmalıyıq. Biz hər vaxt ayıq-sayıq olub, kimlərinsə məqsəd yönümlü təxribatlarına aldanmayaraq, radikal və emosiyalarla dağıdıcı kütləvi tədbirlərdən uzaq olaraq, hər bir məsələnin qanun çərçivəsində konstruktiv təkliflərlə  həllinə çalışmalıyıq.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yanvarın 10-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda  (Süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil eyni zamanda cəza  tədbirlərinin də görülməsi və ölkədə ictimai nəzarət mexanizmlərinin tətbiqi) və başqa sahələrdə görüləcək mühüm işlərin görülməsi barəsində dövlət məmurlarına verdiyi tapşırıqlar əhali arasında müsbət rəğbətlə qarşılandı. Ölkə başçısı hökumət məmurları ilə keçirdiyi bütün müşavirələrində  dövlət məmurlarının xalqa vicdanla xidmət göstərməyi vacibliyini, “Məmurlar xalqla insan kimi davranmalarını”, “vəzifəli şəxslər xalqın ayağına getməlri” və başqa zəruri addımlar atılması barəsində ciddi xəbərdarlıqla göstərişlər vermişdir.

Biz müharibə veteranları da, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin,  Hörmətli millət vəkilləri Adil Əliyevin, Azay Quliyevin və Zahid Orucun müraciətlərini dəstəkləyərək, bildiririk ki, “Hökumət bu gün ekranda, məmurlar bölgələrdə olmalıdır. O cümlədən, bilavasitə sahəvi nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalıdır. İnsanlara o inamı vermək lazımdı ki, ortada şaiə şəbəkələrindən, böhrandan qazanmaq istəyənlərdən xilas ola bilək. Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil.  “Yerli icra hakimiyyəti orqanları camaatla da işləməlidir. İnsanlara demək lazımdır ki, müvəqqəti çətinlikdir, belə problemlər dünyanın əksər ölkələrində var”. Millət vəkilləri, hökumət və ictimaiyyət nümayəndələri hamısı bu gün xalqın yanında olmalıdırlar.

Azərbaycan dünya ölkələri arasında sərbəst dövlət siyasəti apardığı və surətlə inkişaf etdiyi üçün, bu, bir çox dövlətlərin xoşuna gəlmir.  Azərbaycan dünya üçün, xüsusilə də qonşu dövlətlər üçün maraqlı ölkə olduğu səbəbindən, onlar hər bir situasiyadan öz maraqları üçün istifadə etməyə çalışırlar. Buna görə də, Azərbaycandakı son ictimai-siyasi hadisələrin arzuolunmaz istiqamətdə getməsi biz vətənpərvər veteran təşkilatlarını da çox narahat edir.

“Bu gün, İranda, Rusiyada ermənilərin lobbisi təsiri altında olan müəyyən anti-Azərbaycan qüvvələr var ki, onlar Azərbaycanda vəziyyəti hər zaman qarışdırıb, sabitliyi pozmağa maraqlı olan qüvvələr uzun müddətdir ki, çalışaraq ölkədə sabitlik pozulması günü səbirsizliklə gözləyirlər. Əgər qısa bir müddətdə tədbirlər görülməsə və ölkədə sabitlik pozularsa, təbii ki, bundan marağı olan dövlətlərin maraqlarına xidmət edən qüvvələr vəziyyətdən istifadə etməyə cəhd göstərəcəklər. 

Biz veteran təşkilatı olaraq hökumətə, iqtidar  və müxalif partiyalara və eləcə də  vətəndaş cəmiyyəti institutlarına müraciət edərək bildiriblər ki, millətin və dövlətin maraqlarını hər şeydən öndə tutmalı, təhlükəli addımların atılmasına yol verilməməli və  vəziyyətdən optimal çıxış yollarının birgə səylərlə tapılması istiqamətində işlər görülməlidir.

 “Bu gün Azərbaycan növbəti dəfə ağır sosial sınaq qarşısındadır. Buna görə də hökumət iqtidarlı, müxalifətli bütün umu-küsüləri kənara qoyub, bir araya gələrək vaxt itirmədən hərəkətə keçməli və zəruri addımlar atmalıdırlar. Bir dövlət olaraq mövcud olan yaranmış vəziyyətdən mümkün olan ən qısa müddətdə və ən az itki ilə çıxmamız üçün bütün səylərimizi birləşdirməliyik.  İmkan verməməliyik ki, xarici qüvvələr öz mənfəəti üçün anti-Azərbaycan siyasətləri və təxribatları ilə, ölkədə yaranmış mövcud sosial durumdan yararlanaraq, Azərbaycanı, Əfqanıstan, Iraq, Suriya, Liviya, Yəmən və Ukrayna kimi dövlətlərinin gününə salaraq, vətənimizi xarabalığa çevirərək  qardaşı bir-birinə qarşı qoyaraq milləti qırdırsınlar”.

         Hörmətlə, Azərbaycan Respublikası
 “Beynəlmiləlçi Döyuşçülər” Fondunun Prezidenti  Sərraf Orucov  


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1140

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...