2021-01-27 07:10:54 | QHT VƏ MEDİA
ATƏT-in həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır

Yanvarın 26-da ATƏT PA-nın onlayn büro iclası keçirilib. İclasda bir çox məsələlərlə yanaşı qurumun fevral ayında Vyanada keçiriləcək qış sessiyasına hazırlıq vəziyyəti müzakirə edilib, ATƏT-in yeni seçilmiş Baş katibi xanım Helga Şmidin ATƏT ərazisində mövcud münaqişələrin və digər çağırışların həlli ilə bağlı məruzəsi dinlənilib.

İclasda çıxış edən ATƏT PA-nın virse-prezidenti və Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Qarabağ və Minsk Qrupu ilə bağlı qalıdırılan suallara aydınlıq gətirib.

Dövlətimizin qəti mövqeyini ifadə edən Azay Quliyev bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişə mövcud deyil və bu termin artıq tarixdə qalıb. Bundan sonra ATƏT və onun instututları bu termini “diriltmək” əvəzinə Ermənistan və Azərbaycan arasında daimi sülhün əldə olunmasına çalışsalar yaxşı olar.

ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna toxunan millət vəkili qeyd edib ki, bu qrup mövcud olduğu 28 ildə münaqişənin həlli ilə bağlı heç bir uğura nail ola bilmədi. Azərbaycan təkbaşına ərazi bütövlüyünü bərpa etdi. Həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il tarixlərində üçtərəfli formatda qəbul olunan bəyanatların heç birində Minsk Qrupunun rolu olmayıb. Bu bəyanatlar regionda qalıcı sülhün və təhlükəsizliyin əldə olunmasında, ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasında yeni imkanlar yaradır. ATƏT-in Minsk Qrupunun hazırladığı əvvəlki həll variantları öz aktuallığını itirib. Buna görə də həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onunla hesablaşmalıdır. ATƏT PA-nın vitse-prezidenti onu da vurğulayıb ki, əgər Minsk üçlüyü bir yerdə nəsə etmək istəyirsə, o zaman Ermənistanı regionda sülhə əməl etmək və qonşuları ilə dinc yanaşı yaşamaq üçün müvafiq addımlar atmağa sövq etsin.

Baxış sayı : 152
Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33