2021-01-26 18:40:43 | SİYASƏT
"Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir"

“Rəhbərlik edəcəyiniz sahələrə mən daim böyük diqqət göstərmişəm, bu gün də göstərirəm. Son illərdə bu sahələr uğurla inkişaf edib. Mən Prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmird”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

O bildirib ki, o vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi:

“Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görürlər, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Əlbəttə ki, nəqliyyat infrastrukturuna qoyulan vəsait bu yeni vəziyyəti yaratmışdır. Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik”.

“Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində önəmli layihələr icra edildi, dəmir yollarımızın reabilitasiyası layihələri icra olundu. Bakı dairəvi dəmir yolu inşa edildi və bu, sərnişin daşımaları, insanların rahatlığı üçün çox önəmli hadisədir. Müxtəlif şəhərlərdə dəmir yolu vağzalı inşa edildi”.

Dövlət başçısı qeyd edib ki, əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaradıb:

“Bizim tərəfdaşlarımız hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Qeyd etməliyəm ki, Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bildirməliyəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolunu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirdik və əlbəttə ki, burada çoxşaxəli nəqliyyat infrastrukturu öz rolunu oynamışdır. Çünki bizim imkanlarımız genişlənib. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə istismara verilmiş Bakı gəmiqayırma zavodunda bütün növ gəmilər istehsal olunur və biz bu istehsalı hər il artırırıq. Hazırda zavodda tankerlər, Ro-Ro gəmiləri və yük gəmiləri istehsal olunur. Biz bu sahədə xaricdən asılılığı aradan qaldırmışıq, minlərlə iş yeri açmışıq və neft-qaz əməliyyatlarında iştirak edən şirkətlər üçün də imkanlar yaratmışıq. Onlar da öz sifarişlərini bu zavoda verirlər”.

Baxış sayı : 149
Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33 Azərbaycanın Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir 2021-02-23 08:30:12 "Xocalı həqiqətlərinin parlament tribunasından səsləndirilməsi üçün addımlar atılacaq" 2021-02-23 08:20:35 Azərbaycan-Rusiya veteran təşkilatlarının dostluq əlaqələri möhkəmlənir! 2021-02-22 19:40:04 Azərbaycan səfirinin İtaliya mətbuatında geniş müsahibəsi dərc olunub 2021-02-22 13:50:35 Ermənilərin informasiya təxribatı davam edir 2021-02-22 13:05:41 Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik təsdiqlənib 2021-02-22 12:20:44 Ağdamın Əlimədətli kəndindən VİDEO 2021-02-22 09:10:57 İşğaldan azad olunmuş ərazilərdə 106 yeni abidə aşkarlanıb 2021-02-22 08:30:23 Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur 2021-02-22 08:10:55