2021-01-26 17:15:58 | AKTUAL
"Kapital Bank" ASC-nin Lerik filialından cavab gözləyirik!

2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən savaş Azərbaycan Silahlı Qüvvələrinin tarixi qələbəsi ilə başa çatdı.

Qələbənin qazanılmasında haqqı olanlardan da biri Lerik rayonunun Dico kənd sakini, 1997-ci il təvəllüdlü Tahirov Firdovsi Balaxan oğludur. F.Tahirov Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix-Coğrafiya fakültəsinin IV kurs tələbəsi idi. Sonuncu kursda illik təhsil haqqını ödəyə bilmədiyi üçün Dövlət imtahanına buraxılmamışdı. Qərara gəlmişdi ki, həqiqi hərbi xidmətə yollansın, xidmətini başa vurub geri qayıdanda təhsilini başa vurar.

F.Tahirov 2019-cu il iyul ayının 23-də Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə yollandı. Öncə Gəncə bölgəsində, daha sonra isə başqa bir bölgədə yerləşən "N" hərbi hissəsində xidmət etdi. Xidməti dövründə hissə komandanlığı tərəfindən təşəkkürnamə ilə təltif edildi. 2020-ci il iyul ayının 12-də Tovuz bölgəsində Ermənistan Silahlı Qüvvələri şiddətli atışmalara başlayarkən bu hücumun qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələr cəlb edildi. F.Tahirov da xüsusi təyinatlıların arasındaydı. Sentyabrın 27-də II Vətən savaşı başlananda Firdovsinin də xidmət etdiyi xüsusi təyinatlılar qrupu Murov dağ silsiləsi istiqamətində hərəkət etməyə başladılar. Sentyabrın 30-da məlumat gəldi ki, Firdovsi şəhid olub. 1 gün sonra F.Tahirov Dico kənd qəbristanlığında dəfn edildi.

Oğlu dəfn edildikdən az sonra Balaxan Quliyevin yadına düşdü ki, Prezident İlham Əliyevin Sərəncamı ilə banklardan kreditlə pul götürən şəhid ailələri və müharibə əlillərinin borcları silinəcək. O, aidiyyəti üzrə "Kapital bank"ın yerli filialına müraciət etdi. Təəssüf ki, "Kapital Bank" ASC-nin Lerik rayon filialı şəhid atasının borcunu silməkdən müxtəlif bəhanələrlə imtina etdi. Şəhid atası 4 aydır ki, ardıcıl olaraq bankın hesabına 120 man.pul ödəyir. Bundan başqa, Lerik rayon İcra Hakimiyyəti ailənin qarşılaşdığı problemlərin həllinə yardım göstərməyib. Prezidenti Sərəncamı ilə yaradılan "Yaşat" Fondunun İşçi Qrupu Balaxan Quliyevlə görüşüb, ailənin problemləri ilə maraqlanıb. Onlar Dico kəndindəki şəraitsiz evdə ailənin yaşamasını məqsədəuyğun hesab etməyiblər.

B.Quliyevin ailə üzvləri müvəqqəti olaraq Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıblar. Biz,Xəzər rayonunun Binə qəsəbəsində müvəqqəti məskunlaşmış Firdovsi Tahirovun doğmaları ilə görüşdük. Onların qayğıları ilə maraqlandıq. Şəhid atası bildirdi ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və onun rəhbərlik etdiyi Aparat bizim qarşılaşdığımız problemlərlə maraqlanmır. Biz, üzümüzü Respublika Prezidenti Administrasiyasının rəhbəri, hörmətli Samir Nuriyevə tutub deyirik:

-Lerik rayon İcra Hakimiyyətinin rəhbərliyinə, həmçinin, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti Lerik rayon Şöbəsinin əməkdaşlarına başa salın ki, ölkəmizin qalib ölkə olması

üçün əllərindən gələni əsirgəməyən şəhid Firdovsi Tahirovun ailə üzvlərinin qarşılaşdığı sıxıntıların aradan qaldırılmasına yardımçı olsunlar.

Şamil Sabiroğlu,

Əfqan Vəlizadə ,

Arzuman Ağayev.

medonline.az saytının xüsusi müxbirləri.

Baxış sayı : 154
Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33