2021-01-25 11:20:56 | QHT VƏ MEDİA
İnkişafın Qarabağ modeli qurulacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Qarabağın inkişafı sahəsində araşdırmalarını davam etdirir.

Bu barədə məlumat verən Mərkəzin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlının fikrincə, Qarabağın reinteqrasiyası ilə Azərbaycan iqtisadiyyatında kapital artacaq: "2021-ci ilin dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait ilə yanaşı, dövriyyəyə cəlb olunan milli sərvət - torpaq, meşə, su, faydalı qazıntı, əmlak və mədəni sərvətlər kapitalın həcmini - əsas fondları artırır.

Azərbaycanda əmək ehtiyatlarının sabit qaldığı şəraitdə kapitalın - əsas fondların çoxalması kapitaltutumlu iqtisadi artımı sürətləndirir. Yaradılan yeni əsas fondlar müasir texnologiyalara əsaslandığından daha çox fondverimliliyi, yəni hər manat kapitala düşən məhsulu artıracaq. Digər tərəfdən də, Solou modelinə görə Qarabağda kapital qoyuluşu sıfırdan başladığına və tarazlıq nöqtəsinə (steady-state level) məsafə çox olduğuna görə daha çox dəyər yaradacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya dağıntların üzərində rəqabətqabiliyyətli iqtisadiyyat qurdular. Qarabağda dövlət sərmayələri katalizator, qeyri-dövlət sərmayələri isə drayver olacaq. Təsadüfi deyil ki, bu günlərdə Standard & Poor's (S&P) agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib. Agentlik bunu Qarabağın azad olunması və atəşkəs razılaşmasının imzalanması nəticəsində təhlükəsizliyin, maliyyə sektorunun və tədiyyə balansının risklərinin azalması ilə əsaslandırıb”.

Vüsal Qasımlının fikrincə, iqtisadi artıma təsir göstərəcək daha iki amil var: "İqtisadiyyatın özünün səmərəliliyi və insan kapitalı. Prezident İlham Əliyev Qarabağda yeni, daha səmərəli idarəetmə modelinin anonsunu verdi, hətta Prezidentin xüsusi nümayəndəliyi institutunun yaradılması barədə göstəriş verildi, Qarabağ Dirçəliş Fondu yaradıldı. Bu, inkişafın Qarabağ modelinin əsasının qoyulmasıdır və uğur qazanacağı təqdirdə Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək. Qarabağda smart region yanaşması tətbiq edilir: müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yanaşma, xarici kapital və ən əsası yeni idarəetmə modeli. Ermənistan üçün yükə və buxova çevrilən Qarabağ, Azərbaycan üçün inkişafın drayveri və ilham mənbəyidir."

Baxış sayı : 154
Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33