2021-01-23 21:40:36 | MÜSAHİBƏ
Əli Hüseynli: “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın beynəlxalq rolu artmaqdadır”

"Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistanlı həmkarı Qurbanqulu Berdımuxamedov arasında keçirilmiş görüşün nəticəsi olaraq bu il yanvarın 21-də Aşqabadda imzalanmış "Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" tarixi, iqtisadi və siyasi əhəmiyyətinə görə beynəlxalq miqyasda diqqət çəkən mühüm hadisədir".

Bunu deyən Milli Məclisin sədr müavini Əli Hüseynlinin sözlərinə görə, böyük karbohidrogen ehtiyatına malik bizim "Kəpəz", Türkmənistan tərəfinin isə "Sərdar" adlandırdığı bu yataq hələ ötən əsrin 80-ci illərində neftçilərimiz tərəfindən kəşf edilmişdi. Sovetlər Birliyinin dağılmasından sonra Xəzərin Azərbaycanla Türkmənistan arasında dəniz dibinin ortaq hissəsində yerləşməsi səbəbindən yaranmış mübahisəyə görə burada istismarla bağlı işlər dayandırılmışdı.

Son dövrlər ölkələrimiz arasında inkişaf etməkdə olan qarşılıqlı siyasi və iqtisadi münasibətlər digər istiqamətlərdə olduğu kimi bu məsələnin də həlli üçün münasib şərait yaratmışdır: " Yeni yatağın məhz "Dostluq" adlandırılması eyni soykökə malik dost ölkələr kimi Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsini əks etdirən simvoldur. Düşünürəm ki, Türkmənistan və Azərbaycan yeni beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gəlməsində eyni mövqe sərgiləyən ölkələr kimi Xəzər dənizində birgə fəaliyyət formatının formalaşması ölkələrimizin gələcək perspektivində bir-birinə daha da yaxınlaşmasına təkan verəcəkdir.Təbii ki, tranzit daşınmalar hər bir ölkənin iqtisadiyyatı üçün əlavə gəlir olmaqdan savayı həm də buna bağlı olan ölkələr arasında etibarlı münasibətləri özündə ehtiva edir. Bu baxımdan karbohidrogen resurslarının birgə istismarı həm də bölgənin inkişafına təsir göstərə biləcək transmilli layihə kimi türkdilli dövlətlər arasında əməkdaşlığa sanballı töhfədir".

Onun sözlərinə görə, ən əhəmiyyətli məsələlərdən biri də odur ki, yatağın işlənməsi Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) Qaz Boru Xətlərinin rentabilliyini təmin edə biləcək amillər sırasındadır: "Belə ki, Türkiyə ilə yanaşı İtaliya, Yunanıstan və digər Avropa ölkələri bu anlaşmadan faydalana biləcəklərinin fərqindədirlər. Nəzərə almaq lazımdır ki, bu layihələrin uğulu nəticələri pay bölgüsündə iştirak edən tərəflər arasında qarşılıqlı inam və etibarın möhkəmlənməsinə ciddi təsir göstərən faktordur və bunun da siyasi çəkisi son dərəcə yüksəkdir. Başqa sözlə, bu istiqamətdə əldə olunmuş nailiyyətlər birbaşa Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsini şərtləndirir. 12 avqust 2018-ci ildə Xəzəryanı ölkələri tərəfindən imzalanmış "Xəzər dənizin hüquqi statusu haqqında" Konvensiyanın müddəalarına riayət olunması və Xəzər dənizində yeni formatda əməkdaşlığın təkmilləşdirilməsi, Xəzərin hüquqi statusu məsələsində mübahisəli məqamların həllini tapması baxımından "Dostluq" yatağı ilə bağlı anlaşılmazlıqların aradan qaldırılması kifayət qədər ciddi əhəmiyyətə malikdir".

Baxış sayı : 477
Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33 Azərbaycanın Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir 2021-02-23 08:30:12 "Xocalı həqiqətlərinin parlament tribunasından səsləndirilməsi üçün addımlar atılacaq" 2021-02-23 08:20:35 Azərbaycan-Rusiya veteran təşkilatlarının dostluq əlaqələri möhkəmlənir! 2021-02-22 19:40:04 Azərbaycan səfirinin İtaliya mətbuatında geniş müsahibəsi dərc olunub 2021-02-22 13:50:35 Ermənilərin informasiya təxribatı davam edir 2021-02-22 13:05:41 Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik təsdiqlənib 2021-02-22 12:20:44 Ağdamın Əlimədətli kəndindən VİDEO 2021-02-22 09:10:57 İşğaldan azad olunmuş ərazilərdə 106 yeni abidə aşkarlanıb 2021-02-22 08:30:23 Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur 2021-02-22 08:10:55