2021-01-23 10:20:38 | QHT VƏ MEDİA
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək

Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qalib gələrək tarixi uğura imza atıb. Bu tarixi uğur, eyni zamanda, ölkəmizin gələcək inkişafı üçün yeni bir dövrün başlanğıcıdır. Məhz buna görə də, işğaldan azad edilmiş torpaqlarımızın bərpası və həmin yerlərdə hərtərəfli inkişafın təmin edilməsi prioritet vəzifələrdən biridir.

İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplarından ibarət İdarələrarası Əlaqələndirmə Mərkəzi fəaliyyət göstərir.

Bu işçi qruplarından biri olan Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupunun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesi ilə bağlı elmi tədqiqatların və təhlillərin aparılmasıdır. İşçi qrupu müxtəlif elmi dairələr və tədqiqat mərkəzlərini təmsil edən tanınmış alimlərdən ibarətdir.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışla əlaqədar məcburi köçkünlər arasında sorğular keçirilməsi və onların niyyətinin öyrənilməsi barədə müvafiq tapşırıq verdiyini bildirib. Qarşıdan gələn dövrdə məsələ ilə bağlı ümumi rəyin müəyyənləşdirilməsi, həmin ərazilərə qayıdanların ehtiyaclarının, onların bərpa işlərində iştirak imkanlarının, sahibkarların işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi şərtlərinin öyrənilməsi məqsədilə məcburi köçkünlər, habelə sahibkarlar arasında sorğuların keçirilməsi planlaşdırılır.

Qeyd olunan layihənin ADA Universiteti nəzdində yaradılan xüsusi tədqiqat qrupu tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə layihəyə universitetin akademik heyəti ilə yanaşı, bir sıra nüfuzlu yerli və beynəlxalq beyin mərkəzləri və elmi tədqiqat institutları, habelə ayrı-ayrı tanınmış alim və mütəxəssislərin cəlb olunması planlaşdırılır.

Sorğuların keçirilməsi ərəfəsində və onların nəticələri ilə bağlı KİV-də və sosial mediada müvafiq məlumatlar mütəmadi şəkildə təqdim ediləcəkdir.

Tədqiqata hazırlıq məqsədilə ADA Universitetində keçirilmiş görüşdə universitetin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi - Akademik və Təhsil Məsələləri üzrə İşçi Qrupunun rəhbəri Emin Hüseynov və qrupun digər üzvləri iştirak ediblər.

Görüşdə sözügedən sosioloji tədqiqatın həyata keçirilməsi ilə bağlı görüləcək işlər, sorğuların hazırlanması və aparılması zamanı diqqət yetirilməli olan məqamlar və digər aidiyyəti məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Yaxın zamanlarda müvafiq sorğuların keçirilməsinə başlanması nəzərdə tutulur.

Baxış sayı : 142
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35