2021-01-21 11:50:58 | SİYASƏT
Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq”

"Son 17 il ərzində Azərbaycanda yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib".

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. Onun sözlərinə görə, yanvarın 18-də dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu zavodların işə düşməsi ilə sulfat turşusu və müxtəlif çeşidli rəngli şüşə tara məhsulları ilə əlaqədar xaricdən asılılıq tam aradan qaldırılacaq: "Bu müəssisələrin yaradılması həm bu günün, həm də gələcək məsələlərin həllini təmin etməyə hesablanıb. Dövlət başçısının da qarşıya qoyduğu əsas vəzifələrdən biri bundan ibarətdir ki, Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmalıdır. Bunun üçün isə mütləq yerli və xarici investorların ölkəmizin gələcəyinə davamlı inamı olmalı, əlverişli investisiya mühiti qorunub saxlanmalıdır. Prezident İlham Əliyevin ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz halların məhz nəzarətsizlik ucbatından baş verdiyini xatırlatması bu sahədəki boşluqların aradan qaldırılmasını zəruri edir. Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycanda təmizləmə prosesi gedir və proses davam edəcək. Heç kimin hansısa xüsusi imtiyazı və ya toxunulmazlığı yoxdur. Bəzi yerlərdə torpaqların, su resurslarının zəbt edilməsi, insanların əlindən alınması, ədalətsiz şəkildə bölünməsi birmənalı şəkildə qəbulolunmazdır".

Dövlət başçısının postmüharibə dövrü üçün müəyyən etdiyi yeni hədəflərə gəlincə, millət vəkilinin sözlərinə görə, təbii ki, azad olunmuş torpaqların bərpası dövlət siyasətində xüsusi yer tutur: "Azad olunmuş bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Burada mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulacaq, şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilələcək. Bu gün - postmüharibə dövründə də Azərbaycana sərmayələr üçün yeni imkanlar açılır. Ümumiyyətlə, Azərbaycanda hər zaman əlverişli investisiya mühiti mövcud olub. Tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu imkanlar daha da genişlənir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Regionda məhz Azərbaycanın iradəsi sayəsində formalaşan sabitlik və təhlükəsizlik bölgədə imkanların genişlənməsinə əlavə töhfə verəcək. Ümumiyyətlə, münaqişə vəziyyətində də Azərbaycan investorlar üçün cəlbedici məkan idi. Lakin münaqişənin həlli prosesin miqyasını daha da genişləndirəcək. Beləliklə, işğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq və Azərbaycanın tam yeni, daha inkişaf etmiş simasını yaranacaq. Qələbə ilə başlayan 2021-ci il elə bütün sahələrdə inkişaf və qələbələrlə davam edəcək".

Baxış sayı : 150
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35