2021-01-20 17:50:20 | AKTUAL
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə”

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” adlı video-konfrans keçirilmişdir. Konfransı giriş sözüylə açan f.ü.f.d. Faiq Ələkbərli 1990-cı il 20 Yanvar faciəsinin tarixi, baş vermə səbəbləri və əhəmiyyəti haqqında qısa məlumat vermiş, sonra isə əsas məruzəçi, tarix üzrə fəlsəfə doktoru, BDU-nin dosenti Boran Əzizə söz vermişdir.

Məruzəçi B.Əziz 1988-ci ildən başlayaraq ermənilərin keçmiş SSRİ ərazisində və müxtəlif xarici ölkələrdə Azərbaycana qarşı torpaq iddialarıyla müşayiət olunan mitinq və aksiyalar keçirməsindən, 1989-cu ildə prezident M.S.Qorbaçovun iqtisadi müşaviri Aqanbekyanın Parisdəki “Humanite” qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağ Muxtar Respublikasının Ermənistana birləşdirilməsi zərurətindən söz açması haqqında ətraflı məlumat verdi və bu kimi təxribat xarakterli çıxışlardan sonra Dağlıq Qarabağ ermənilərinin Azərnaycan SSR-in tərkibindən çıxmaq və öz müstəqilliyini elan etmək təşəbbüslərinə gətirib çıxardığını göstərdi. Bu cür ictimai-siyasi çalxantılar fonunda ölkəmizdə başlayan milli azadlıq hərəkatının formalaşma özəlliklərindən danışan tarixçi alim bu hərəkata mane olmaq üçün SSRİ Dövlət Təhlükəsizlik orqanlarının Sumqayıt və Bakı şəhərlərində erməni talanları təşkil etməsini, Milli Müdafiə Şurasının yaradılmasını və sonra guya milli zəmində qanlı münaqişələrin qarşısını almaq üçün silahlı ordu birləşmələrinin Bakıya yeridilməsinı xalqımızı qarşı cinayət kimi qiymətləndirdi. Eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin dişsiz siyasəti və susqunluğu rəsmi Moskvanın əl-qolunu açmağa və ittifaq mətbuatında xalqımıza qarşı hər cür iftira və böhtanlar yağdırmağa əsas verirdi.

O, əliyalın və dinc əhalinin təpədən dırnağadək silahlanmış ordu birləşmələrinə qarşı müqavimət və dirəniş göstərməsini əsil qəhrəmanlıq nümunəsi hesab etdiyini və 20 yanvar hadisəsinin yalnız matəm və faciə kimi qeyd olunmasıyla razılaşmadığını bildirdi. Bu vandalizm aktında birbaşa günahkar olan SSRİ dövlət rəhbərləri: Qorbaçov, Yazov, Primakov, Girenko və b. qatı cinayətkar kimi indiyədək mühakimə olunmadıqlarına təəssüf etdiyini vurğuladı. Bütün bunlarla yanaşı, 20 yanvar faciəsinin xalqımızın ən yeni tarixində həm qanlı cinayət hadisəsi, həm SSRİ adlı dövlətin məhvinin başlanğıcı, həm də milli müstəqillik uğrunda mübarizənin dönüş nöqtəsi kimi əhəmiyyətini unutmamağı, hər il bunun qeyd edilməsinin vacibliyini bir daha qeyd etdi və bu konfransı təşkil edən BAO-ya öz təşəkkürünü bildirdi.

Konfransda çıxış edən tarixçi alim Hacı Həsənov bu gün 20 yanvarla bağlı bir neçə konfransda iştirak etdiyini və bu konfransı təşkil edən BAO-ya minnətdarlığını bildirdi. Bu hadisənin xalqımızın tarixində qəhrəmanlıq səhifəsi olduğunu önə çəkməyin vacibliyini və bu cinayətdə əli olan SSRİ və Azərbaycan rəhbərlərinin indiyədək ittiham olunmadığına təəccübləndiyini qeyd etdi.

Qurban Vahidov bu hadisədə bir sıra xarici imperialist ölkələrin də qatqısının olduğunu unutmamağı diqqətə çatdırdı. Belə ki, həmin hadisədən bir neçə gün öncə yaradılan MMŞ-nın SSRİ DTK və Primakovun sifarişilə yaradıldığı barəsində məlumatın olsuğunu və ABŞ senatının bir neçə üzvünün Qorbaçova guya Bakıdakı erməni talanlarına görə Azərbaycanı cəzalandırmaq barəsində məktub yazdıqlarını yada saldı.

Qardaş Türkiyədən qatılan prof.dr. Kenan Sezen bütün iştirakçıları salamladı və Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sölərini xatırlatdı. O, həmçinin gənc əsgərlərimizin Qarabağda yazdığı şanlı tarix münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi və o yerlərin yenidən mədəniyyət və kültür ocağına çevriləcəyinə inandığını dilə gətirdi.

F.ü.f.d., dosent Zəkulla Bayramlı konfrans iştirakçılarını və əsas məruzəçi B.Əzizi salamladı, 20 yanvarın, həqiqətən, qəhrəmanlıq tarixi olmasıyla razılaşsa da, burada həm də bir faciəvilik olduğunu etiraf etdi. Çünki əliyalın əhaliyə qarşı təpədən dırnağadək silahlanmış ordu birləşmələrinin hücuma keçməsini yalnız faciə və təcavüz aktı kimi qiymətləndirmək olar. O, bir çox xalqların tarixində belə taleyüklü hadisələrin baş verdiyini və sanki öz tarixini unudan xalqı tarixin bir daha cəzalandırdığını diqqətə çatdırdı. Belə ki, öncəki çıxışçıların da xatırlatdığı kimi, erməni vəhşiliyi nəticəsində baş vermiş 1918-ci il mart qırğınlarının qurbanlarının məzarları üzərində Dağüstü park salınmış və orada cinayətkar S.M.Kirovun çox böyük bir heykəli ucaldılmışdı. 20 yanvar faciəsi zamanı həlak olmuş qəhrəman oğulların cəsədlərini xalq özü bu gün Şəhidlər Xiyabanı adlanan həmin yerdə dəfn etməyə qərar verdi və tarixi ədalət bərpa edildi. Onu da deməliyəm ki, 20 yanvar faciəsini artıq tarixə qovuşmuş, indi mövcud olmayan SSRİ adlı dövlətin ayağına yazmaq tendensiyası olub, təəssüf ki, bəzən indi də belədir. Əslində isə Z.Bayramlı bunun kökündə rus imperialist siyasəti və işğalçılıq planlarının olduğunu qeyd etdi. Bunu həmin dövrdən keçən 30 illik tarix və bu gün Qarabağın dağlıq hissəsində rəsmi Rusiyanın “sülhməramlılar” adı altında oynadığı siyasi oyunlar bir daha göstərir. Fikrimcə, 20 yanvardan danışarkən bu məsələ mütləq nəzərə alınmalıdır, – deyə o, fikrini yekunlaşdırdı.

Tarixçi alim, dosent Mübariz Ağalarlı ilk növbədə 20 yanvarı həm də Azərbaycan Milli Azadlıq hərəkatını dayandırmaq üçün düşünülmüş bir vandalizm aktı kimi dəyərləndirdi. Bunun qəhrəmanlıq tarixi kimi, eyni zamanda, bir faciə və hüzn günü kimi də qəbul edilməsini məqbul saydı. “Təəssüf ki, o zaman 4 illik müharibədə biz məğlub olduq və 25 mindən çox şəhid verdik. Onlar bizim fəxrimizdir, qürur mənbəyimizdir. Şükürlər olsun ki, 44 günlük II Qarabağ savaşında qalib gəldik, qisasımızı aldıq və torpaqlarımızı işğaldan azad etdik. Allahdan şəhidlərimizə rəhmət diləyir və hamımıza uğurlar arzulayıram”.

BAO üzvü Alı Balayev 1990-cı il 20 yanvar faciəsi zamanı universitetdə oxuduğunu və ilk mitinqə çıxdığı 1988-ci ildən başlayaraq meydan hərəkatının canlı şahidi olduğunu qeyd etdi. Hələ yanvarın ortalarında Bakıya tərkibində hətta matrosların da olduğu 15 mindən artıq əsgər yeridildiyini bildirdi. O zaman SSRİ Müdafiə naziri Yazovun bir müsahibəsində Bakıya AXC-nin strukturlarını dağıtmaq üçün gəldiklərini və buna nail ola bilmədiklərini söylədiyini də xatırlatdı. O, həmçinin gənc nəslin yaddaşının təzələnməsi üçün bu təcavüzdə əli olanların adlarının daim mətbuat səhifələrində hallandırılmasının vacibliyini də diqqətə çatdırd.

Konfransa Türkiyədən qatılan Alparslan Demir 20 yanvar hadisələrini gənclik dönəmində üzüntüylə izlədiyini, türk xalqının o vaxtkı Türkiyə rəhbərliyinin həmin hadisələrlə yaxından ilgilənməməsi ilə bağlı qəzəb və təəssüf hissi keçirdiyini açıqladı.

Başqa bir türk qonağımız prof. Dilek Durak xanım o zaman universitetdə yüksək lisans öyrəncisi olduğunu və 20 yanvarı dostlarıyla çox müzakirə etdiklərini qeyd etdi və iki qardaş xalqın arasında həmişə bir sevgi çənbəri və ortaq kültür ilişgiləri olmasından qürur duyduğunu dilə gətirdi. Rusiya Universitetlərində elmi işlə bağlı müzakirə və toplantılarda tez-tez iştirak etdiyini, azərbaycanlı akademisyenlərlə Azərbaycan türkcəsində danışdıqlarını vurğuladı və bütün şəhidlərə rəhmət arzuladı.

BAO üzvü Eldəniz Abbaslı 20 yanvarı Azərbaycan xalqına qarşı soyqırım aktı adlandırmağı daha məqsədəuyğun saydı və 1990-cı ildə şəhidlərin hörmətlə dəfn edilməsi və 40 gün müntəzəm yas saxlanmasında xalqımızın mphtəşəm birlik və mütəşəkkillik nümayiş etdirdiyinə diqqəti çəkdi və bütün şəhidlərimizə allahdan rəhmət dilədi.

Konfransda başqa ictimai fəallar və gənclər də iştirak edirdilər və məruzəçiyə onları maraqlandıran bəzi suallar verdilər. Sonda haqqında söhbət gedən hadisə ilə bağlı BAO-nun bəyanatı konfrans iştirakçılarının diqqətinə təqdim olundu. Bununla da “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” adlı onlayn konfrans öz işini başa çatdırdı.

Zəkulla Bayramlı

Baxış sayı : 304
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35