2021-01-20 10:20:14 | MÜSAHİBƏ
Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir

Azərbaycan Prezidentinin bu yaxınlarda işğaldan azad edilmiş Şuşaya səfəri böyük marağa səbəb olub və bu səfər Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malikdir.

Azərbaycanın parlaq və müzəffər qələbəsi, Ermənistanın tam kapitulyasiyası ilə başa çatmış 44 günlük Vətən müharibəsi hələ uzun illər boyu dünyanın bir sıra ölkələrində öyrəniləcək, müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq.

Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin İcraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut söyləyib.

Qutun fikrincə Prezidentin və onun ailə üzvlərinin bu yaxınlarda Şuşaya tarixi səfəri onun ənənələrə sadiqliyinin növbəti təzahürü olub.

İsrailli ekspert deyib: “Azərbaycan mədəniyyətinin bu incisi 28 il erməni işğalçıların əlində olub. Əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi olmuş bu şəhər Azərbaycan xalqına dünya şöhrətli Üzeyir Hacıbəyli və Rəşid Behbudov, həmçinin Xurşidbanu Natəvan, Bülbül, Xan Şuşinski və Niyazi kimi parlaq şəxsiyyətlər, incəsənət, poeziya və mədəniyyət xadimləri bəxş edib. Bu böyük şəxsiyyətlərin hamısı Azərbaycanın dilbər guşəsi olan Şuşada doğulub, orada boya-başa çatıb. Şuşa bütün azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Yerusəlim yəhudilər üçün nə deməkdirsə, Şuşa da azərbaycanlılar üçün elədir. Onlar bu yenilməz qalada doğulub və Azərbaycanın ucsuz-bucaqsız vadilərindən axıb gələn saf dağ selləri kimi minilliklər boyu Azərbaycanın gözəlliklərini yaradıblar”.

Arye Qut yazır ki, Prezident İlham Əliyevin müdrik və uğurlu rəhbərliyi, Azərbaycan əsgərlərinin və zabitlərinin mərdliyi, igidliyi, fədakarlığı və qəhrəmanlığı sayəsində Azərbaycan bu gözəl, tarixi şəhəri erməni işğalçılar tərəfindən məhv olmaqdan azad edib. Azərbaycanlılar Şuşanın itirilməsi ilə heç vaxt barışmazdılar, onlar hər kəs üçün müqəddəs olan Şuşaya qayıtmalı idilər və qayıtdılar!

Prezident Əliyev Şuşadakı çıxışında deyib: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

İsrailli ekspertin fikrincə Azərbaycan inamla və qətiyyətlə öz ərazilərini işğaldan tam azad edib. Bu məsələdə hər hansı yarımçıq variantlar nəzərdən keçirilmirdi. Müasir müharibədə hansı tərəfin döyüş əməliyyatlarını təmin etmək üçün daha mükəmməl yüksək texnoloji vasitələri varsa, həmin tərəf qalib gəlir. Azərbaycan otuz il erməni işğalı altında olmuş ərazilərini azad edərək qalib gəldi və Cənubi Qafqaz regionunda özünün geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünün artmasını bütün dünyaya sübut etdi.

Bakıda keçirilən Zəfər Paradında Azərbaycan Silahlı Qüvvələrinin təchizatında olan və bu yaxınlarda başa çatmış müharibənin gedişində fəal istifadə edilmiş əsas silah və hərbi texnika nümunələri nümayiş etdirildi. Şübhəsiz, Azərbaycan qoşunlarının uğur qazanmasında böyük rol oynamış Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatları və raket kompleksləri xüsusi diqqətə layiq idi.

İsrailli ekspert vurğulayır ki, bu gün Azərbaycan postsovet məkanında otuz ildən sonra öz ərazilərini işğaldan azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir.

Prezident İlham Əliyev Şuşaya tarixi səfəri zamanı deyib: “ Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq”.

Azərbaycan Prezidenti, Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev, güclü, yaxşı təchiz olunmuş müasir Azərbaycan ordusu ilə birlikdə kənardan müxtəlif təzyiqlərə baxmayaraq tarixi addım atmağa və işğal olunmuş torpaqları qaytarmağa, yəni bu işi qələbə ilə sona çatdırmağa nail oldu. Bunu hər siyasi lider bacarmazdı. Qeyd etmək lazımdır ki, strateji təfəkkür, güclü diplomatiya, dövlət başçısının qətiyyəti və dönməzliyi, habelə xalqın və ordunun ona inamı bu parlaq qələbəyə gətirib çıxardı.

Baxış sayı : 144
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35