2021-01-19 07:25:17 | QHT VƏ MEDİA
Prezidentin Şuşa səfəri

Azərbaycan dövlət başçısının 39 il sonra, elə eyni tarixdə, yanvarın 14-də Şuşaya səfərini tarixi səfər, tarixi Zəfər adlandırmaq olar.

Uzun illər sürən işğala son qoyan, tarixi ədaləti bərpa edən Ali Baş Komandanımızın Şuşa səfəri xalqımızı yenidən o torpaqlara qayıtmağa ruhlandırdı. Dövlət başçımızın ailəsi ilə birlikdə gecəni Şuşada qalmağı xalqımıza və dünyaya bir mesaj idi ki, işğaldan azad olunan torpaqlarımızda sabitlik, hərbi sahədə təhlükəsizlik etibarlı şəkildə tam təmin olunubdur. Bütün dünyaya məlumdur ki, Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərərək, xalqımıza qələbə sevincini yaşatdı. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmizin müstəsna rolu danılmazdır. Ölkəmizdə aparılan inkişaf siyasəti, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Ələlxüsus da iqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi idi. Cənab prezidentin də dediyi kimi “ Şuşasız bizim işimiz yarımçıq olardı.” Ölkə başçısının Şuşaya tarixi səfəri o torpaqlara yeni nəfəs, yeni ruh verdi. Cıdır düzündə cənab Prezidentin paxlava ilə çay içməsi rəmzi xarakter daşıyırdı. O, milli mətbəximizi, mədəniyyətimizi dünyaya təbliğ edən bir görüntü idi. Ali Baş Komandanımız bu görüntüsü ilə eyni zamanda Cıdır düzündə sərxoş vəziyyətdə yallı gedən Ermənistan rəhbərliyinin hansı səviyyədə olduğunu və Azərbaycan xalqının necə yüksək mədəniyyətə malik olduğunu açıq şəkildə dünyaya göstərdi.

Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi,tarixi şəhərimizin ilkin və tarixi simasının bərpa edilməsi, azad olunan torpaqlarımızda məscidlərimizin əsaslı şəkildə təmir edilib öz simasına qaytarılmasına dair verilən göstərişlər isə bir daha onu göstərir ki, dövlətimiz, xalqımız tarixi keçmişinə, milli mədəniyyətinə, mənəvi və dini dəyərlərinə olduqca bağlıdır. Dövlət başçımızın və birinci xanımımızın Şuşadakı məscidlərə Qurani Kərim kitabı hədiyyə etmələri əslində dünyaya bir mesaj idi. Ən yüksək mənəvi dəyərləri özündə ehtiva edən müqəddəs İslam dinimizin insanların saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynadığını dünyaya nümayiş etdirdilər.

Bildiyimiz kimi Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində artıq işlərə start verilib. Burada “Xarı Bülbül” beynəlxalq festivalının və “Vaqif poeziya günləri”nin yenidən bərpa olunması ölkənin regionlarında mədəni dəyərlərin təbliği məqsədini daşıyacaqdır. Şuşada uzun illərdən sonra böyük tədbirlərin, festivalların keçirilməsi dünyanın diqqətini cəlb edəcək və regionun hər tərəfindən bu tədbirlərə qatılmaq üçün gələnlər olacaq. Bütün bunları nəzərə alaraq dövlət başçımız 14 yanvar Şuşaya səfəri zamanı vətəndaşlarımızın, xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlıların Şuşaya təyyarə ilə rahat gələ bilmələri üçün Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu və burada beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılmasına dair göstərişlər verdi. Azərbaycanın digər şəhərlərindən - Lənkərandan, Naxçıvandan, Gəncədən Şuşaya rahat gedib gəlmək mümkün olacaqdır. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcəkdir.

Hər birimiz Azərbaycanın şanlı tarixi günlərini yaşayırıq. Bu il bizim Qarabağa böyük və möhtəşəm qayıdışımız olacaqdır. Bu qayıdış Ali Baş Komandanımızın rəhbərliyi və şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanıldı. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri şəhid ailələrinə, müharibə əlillərinə qayğıdır. Bu gün də şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi dövlət başçımız tərəfindən Azərbaycanın ən ali hərbi, yüksək orden və medalları ilə “Vətən Müharibəsi Ordeni” “Zəfər” ordeni, “Qarabağ” ordeni ilə təltif ediliblər. Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin hər zaman diqqət mərkəzindədir. Ali Baş Komandanımızın da dediyi kimi: “Biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Lamiyə İSAZADƏ

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin rəhbəri

Baxış sayı : 210
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35