2021-01-18 10:20:07 | İQTİSADİYYAT
Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər

Qarabağın yeraltı suları ilə qidalanan çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur.

Trend-in məlumatına görə, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev işğaldan azad olunmuş ərazilərimizdə su ehtiyatları və onlardan yararlanma imkanları, torpaqların azad olunmasının su ehtiyatlarının idarə edilməsinə təsiri haqqında fikirlərini açıqlayarkən deyib.

O bildirib ki, Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 km3-dir. Bunun 3/2 hissəsi, yəni 20.0 km3 tranzit axımın payına düşür, 10.0 km3-i isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 mln.kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.

İşğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər kimi böyük çayların su ehtiyatlarından məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegitasiya dövründə çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar.

Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbtətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyillilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və sairə su anbarları ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcəkdir.

Alim qeyd edib ki, işğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyinə görə Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu. Bu sular çox təmiz, yealtı sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinın suvarılması üçün daha münasibdir.

İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacağına əminlik bildirən mütəxəssis suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Baxış sayı : 161
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35