CƏMİYYƏT
A- A A+

Torpaqlarımızın işğalı nəticəsində ölkəmizə 818 milyard dollardan çox ziyan dəyib

2016-01-15 09:35:55

Ermənistan ordusu tərəfindən torpaqlarımızın işğalı nəticəsində ölkəmizə 818 milyard dollardan çox ziyan dəyib

Bu barədə Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun Dövlət İqtisad Universitetində keçirdiyi seminarda bildirilib.

Seminarda Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiya müzakirə edilib.

Universitetin rektoru, professor Ədalət Muradov mövzunun aktuallığından danışıb. Bildirilib ki, işğal nəticəsində xalqımız çox böyük maddi ziyana məruz qalsa da, mənəvi itkilərimizin dəyərini hesablamaq mümkün deyil.

İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı “Faciələrimizin təqvimi üzrə itki və tələfatlarımızın qiymətləndirilməsi üzrə metodologiyanın şərhi” mövzusunda çıxış edib. Bildirilib ki, İşçi Qrupunun bu günədək apardığı hesablamalara əsasən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə ümumilikdə 818 milyard dollardan çox ziyan vurulub. Son iki əsrdə ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü etnik təmizləmə aparılıb. XX əsrdə azərbaycanlılar dörd dəfə soyqırımına, habelə təqib və deportasiyalara məruz qalıb, tarixi torpaqlarından didərgin salınıblar. İşçi Qrupu tərəfindən ölkəmizin əqli mülkiyyətinə, tarix və mədəniyyət abidələrinə, mülki əhaliyə vurulan birbaşa zərərlərin miqdarı müəyyənləşdirilir, dəymiş ziyanın hesablanması istiqamətində işlər davam etdirir.(AZƏRTAC)

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1146

QHT və MEDİA

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

2020-05-26 17:15:57

QHT və MEDİA
Rusiya portalı: Paşinyan hitlerçi babası...
Rusiya portalı: Paşinyan hitlerçi babası...

Mayın 8-də, Qələbə Günü ərəfəsində Ermənistan hökumətinin rəhbəri Nikol Paşin...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...