2021-01-15 09:55:37 | MÜSAHİBƏ
"Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb"

Qarabağın 30 ilə yaxın ermənilər tərəfindən işğalı oradakı mədəni irsin dağıdılmasına səbəb oldu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu irsin yenidən bərpa olunacağı ilə bağlı TRT Deutsch-a müsahibə verib.

R. Həsənov qeyd edib ki, Qarabağ tarix boyu Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olub. Bu tarixi ərazilər Ermənistan tərəfindən 90-cı illərin əvvəllərində işğal olunub və regionda Azərbaycanın mədəni irsi tamamilə silinməyə çalışılıb. Son 30 ilə ərzində Qarabağda azərbaycanlıların etnik təmizlənməsi ilə yanaşı, mədəniyyəti də soyqrıma məruz qalıb. Nəhayət ki, Azərbaycan işğal altındakı öz tarixi torpaqlarını azad etməklə, tarixi ədaləti bərpa etdi. Bundan sonra qarşımızda duran əsas məsələ Qarabağda yeni quruculuq işlərinin aparılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına tez zamanda qayıtması olacaqdır. Azərbaycan tarixən multikulturalizm ənənələrinə bağlı olub və bu gün bizim dövlət siyasətimizdir. Bu siyasət əlbətdə ki, Qarabağda da həyata keçiriləcəkdir. Azərbaycanda bütün dinlər sərbəst şəkildə mövcuddur və onların dini ibadətgahları da dövlət tərəfindən tikilir, bərpa olunur və qorunur. Qarabağda mövcud olan dini ibadətgahlar da öz həqiqi sahiblərinə qaytarılacaq və dağıdılan və dəyişdirilən məscidlər, kilsələr yenidən bərpa olunacaqdır.

R. Həsənov daha sonra bildirib ki, Ermənistanın Qarabağda 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, müharibə cinayətləri törətməsinə baxmayaraq, Azərbayca dövlətinin heç bir fəaliyyəti bir xalqa və ya mədəniyyətə qarşı olmayıb və bundan sonra da olmayacaqdır. Bunun ən bariz nümunəsi odur ki, bu gün də Azərbaycan ərazisində ermənilər açıq şəkildə yaşayır. Onlara qarşı heç bir təzyiq göstərilmir. Bakı şəhərinin mərkəzində erməni kilsəsi və həmin kilsədə ermənilərin dini ədəbiyyatı qorunub saxlanıb, hətta dövlət tərəfindən bərpa edilibdir. Bu siyasət Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmdən irəli gəlir. Qarabağda quruculuq işlərindən sonra da bu, belə davam edəcəkdir.

Mədəni irsin qorunması ilə bağlı son zamanlar UNESCO-nun bəyanatları və narahatlığı məsələsinə də münasibət bildirən R.Həsənov qeyd edib ki, bu nüfuzlu beynəlxalq təşkilatın son yanaşmasını ikili standart kimi qiymətləndirir. "Azərbaycan UNESCO ilə sıx əməkdaşlıq edən və bir çox komitəsində təmsil olunan ölkədir, bu çərçivədə bir çox beynəlxalq sənədi qəbul edib. Xüsusi ilə mədəni irsin qorunması məsələsinə daim həssas yanaşılıb. Azərbaycanın tarixi torpaqları 30 il işğal altında qalan zaman bütün tarixi dini abidələri məhv edildi və Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edərək Qarabağa missiya təşkil olunmasını xahiş etdi. Ancaq UNESCO bunu siyasi təşkilat olmaması ilə əlaqələndirirək həyata keçirmədi. Ancaq nədənsə bu gün belə bir missiya keçirməyi və siyasi fəaliyyət göstərməyi qərara alir. Bu çox qəribədir. UNESCO hökumətlərarası bir təşkilatdır və onun müəyyən dövlətin siyasi sifarişini icra etməyə cəhd etməsi onun mandatına uyğun deyil. Azərbaycanda hər hansı bir mədəni irsin təhlükədə olması iddiası tamamilə əsassızdır. Çünki bu zamana qədər Azərbaycanda heç bir mədəni irs silinməyibdir, hətta erməni irsi də. Bundan sonra da silinməyəcəkdir. UNESCO Azərbaycanda hər hansısa bir missiya həyata keçirmək istəyirsə buna bizim etirazımız yoxdur. Ancaq həmin missiya Azərbaycanın suveren ərazilərində keçiriləcəyindən, onun bütün istiqamətləri və çərçivəsi Azərbaycan tərəfi ilə tam razılaşdırılmalıdır.”

Qarabağda dağıdılmış və ya dəyişdirilmiş Azərbaycan mədəni irsi mövzusuna toxunan R.Həsənov ilkin olaraq mövcud vəziyyətin monitorinqi və faktlaşdırılmasının zərurliyini qeyd edib. “Bu işlərə beynəlxalq təşkilatlar da cəlb olunacaqdır. Daha sonra Qarabağın Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycana vurulmuş maddi ziyan hesablanaraq hüquq çərçivəsində beynəlxalq məhkəmələrə müraciət olunacaqdır. Ermənistan tərəfi vurulan ziyana görə, beynəlxalq hüquq çərçivəsində maddi təzminat ödəməlidir. Bu müharibə cinayətlərini törədən isə beynəlxalq cinayət hüququnun subyektləri hesab olunmalıdır. Əks halda bu hüquqsuzluğa və beynəlxalq hüququn lazımsızlığına gətirib çıxaracaqdır.”

Qeyd edək ki, Azərbaycan tərəfi bu istiqamətdə hal-hazıda addım-addım işlər aparır. Qarabağda dağıdılmış mədəni irsimiz tezliklə bərpa olunacaq və bu bölgə işğaldan əvvəlki görkəminə qayıdacaqdır. Bütün tarixi dini abidələr bərpa olunduqdan sonra sahiblərinə qaytarılacaqdır. Azərbaycan multikulturalizm siyasətinə bundan sonra da sadiq qalacaqdır.

https://www.trtdeutsch.com/exklusiv/interview-das-kulturelle-erbe-aserbaidschans-in-karabach-zerstort-4126625

Baxış sayı : 177
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35