2021-01-14 09:25:45 | AKTUAL
“Metsamor” təhdidi: Regionda yeni münaqişə alovlana bilər

Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanın hərbi-siyasi elitası, xüsusilə də müxalifət ölkədəki həm daxili-siyasi gərginlikdən, həm də iqtisadi tənəzzüldən faydalanmaq qərarına gəlib. 30 ilə yaxın müddətdə işğalda saxladığı ərazilərin Azərbaycan tərəfindən azad edilməsi ilə barışa bilməyən qüvvələr bu günləri böhrandan çıxmaq üçün bəlli bir mövqe ortaya qoymağa çalışırlar. Lakin onların bu mövqeləri daha çox böhranın dərinləşdirilməsinə səbəb ola bilər.

Bunu azvision.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Ermənistan parlamentində “Metsamor” AES-in fəaliyyəti nəticəsində əldə olunan radioaktiv tullantılardan Azərbaycana qarşı istifadə olunması ilə bağlı fikirlər regionda yeni bir münaqişənin alovlanması ilə nəticələnə bilər.

"Bu bəyanatlar xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də bu münaqişənin nizamlanmasına birbaşa cavabdeh olan Minsk qrupunun həmsədrləri tərəfindən mütləq qiymətləndirilməlidir. Beynəlxalq ictimaiyyətin, həmçinin MAQATE-nin bu məsələdə ortaya mövqe qoymaması böyük təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, münaqişədə Ermənistanı dəstəkləyən dövlətlərdən alınan silahların Azərbaycana qarşı effektiv olmadığını görən Ermənistan müxalifəti özünün növbəti illərdə belə bir çirkli silahlardan istifadə etməklə Azərbaycana qarşı bəlli hərbi kampaniyalarını həyata keçirmələrinin mümkünlüyü ilə siyasi dividend qazanmağa çalışır".

Hərbi ekspert qeyd edib ki, bu silahların istifadəsinə cəhd edən digər ölkələr ciddi sanksiyalara məruz qalıblar.

"Belə bəyanatlardan sonra Ermənistana qarşı həmin sanksiyaların tətbiq olunması bu sahədə ikili standartların olmadığını göstərə bilərdi. Əfsuslar olsun ki, səsləndirilən fikirlərin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, bu cür bəyanatların nə Minsk qrupunun həmsədrləri tərəfindən, nə də beynəlxalq təşkilatlar tərəfindən pisləndiyinə rast gəlirik. Görünən odur ki, Ermənistan bu bəyanatlardan sonra cavabını almadıqca, regionda yeni müharibə, daha təhlükəli bir vəziyyətin yaranması ehtimalı artmaqda davam edəcək".

Xatıraladaq ki, son vaxtlar Ermənistanda region üçün böyük təhlükə vəd edən "çirkli bomba"ların hazırlanması ilə bağlı fikirlər səsləndirilir.

Baxış sayı : 208
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35