2021-01-13 09:05:14 | QHT VƏ MEDİA
“Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb

Avropa İttifaqının “Euractiv” informasiya portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Cənubi Qafqaz üçün sabitlik paktı” adlı məqaləsi dərc edilib.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəllif 1999-cu ildə yaranmış Cənubi Qafqaz üçün sabitlik və əməkdaşlıq paktı kimi uğurlu bir ideyanın həyata keçirilməsi üçün maneənin artıq aradan qalxdığını yazır. V.Hüseynov bildirir ki, 1990-cı illərin sonlarında Cənubi Qafqazın və onun ətrafdakı bəzi dövlətlərin liderləri bölgədə sülh və təhlükəsizliyə nail olmaq, eyni zamanda, regionun iqtisadi inkişafından və transformasiya potensialından maksimum istifadə etmək məqsədilə sabitlik və əməkdaşlıq paktı təsis etməyin lazım olduğu qənaətinə gəlmişdilər. Məqalədə 1999-cu ilin noyabrında ATƏT-in Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyevin regional problemlərin həlli və Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik paktının təsis olunmasını təklif etdiyi və bu təklifin dəstəkləndiyi qeyd olunur. Vurğulanır ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyə dair belə bir paktın təsis olunmasının zəruriliyi ilə bağlı konsensusa baxmayaraq, həmin vaxt öz həllini gözləyən böyük bir problem mövcud idi ki, bu da Prezident Heydər Əliyevin bəyan etdiyi kimi, ilk növbədə, Cənubi Qafqazdakı münaqişələrin həlli, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarması və bir milyondan çox azərbaycanlı məcburi köçkünün öz vətənlərinə qayıtması idi. O vaxt təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyiş əldə olunmadığı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında qaldığı müddətdə Ermənistanla hər hansı münasibət qurmağın mümkünsüzlüyü diqqətə çatdırılır.

Müəllif İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərinin işğalına son qoyulduğunu və beləliklə, yuxarıda qeyd edilən sülh təşəbbüsünü reallaşdırmaq üçün bir fürsət yarandığını bildirir.

Məqalədə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyevin fikirləri sitat gətirilir: “Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.

Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”.

V. Hüseynov Qarabağ münaqişənin həllini, o cümlədən bölgədəki bütün nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutan üçtərəfli Bəyanatın həqiqətən də iqtisadi, siyasi və sosial layihələrin reallaşmasına təkan verilməsi baxımından misilsiz bir şans olduğunu vurğulayır.

Sonda müəllif vurğulayır ki, Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi iki ölkə arasında uzun müddət davam edən ədavətə son qoyulmasına, blokadanın aradan qalxmasına, iqtisadi, ticari və s. əlaqələrin yenidən başlanmasına, bütün bunların Qafqazda sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümidləri artırıb.

Baxış sayı : 106
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22