2021-01-12 09:25:44 | AKTUAL
Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı - Moskva görüşünün təfərrüatları

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə olub.

Trend-in məlumatına görə, görüş zamanı bir sıra məsələlərin müzakirəsi aparılıb. Azərbaycan və Rusiya prezidentlərinin, eyni zamanda Ermənistanın baş nazirinin birgə görüşü əslində bir çox mətləblərə aydınlıq gətirmək üçün labüd idi. Görüşün nəticəsi olaraq imzalanan növbəti bəyanatda Prezident İlham Əliyev yenə də diktə edən tərəfdir və bundan sonrakı mərhələli müzakirə predmeti və ya predmetləri özündə əsasən 10 noyabr sənədində nəzərdə tutulan müddəaların həyata keçirilməsini ehtiva edəcək.

Milli Məclisin deputatı Elşən Musayev Trend-ə açıqlamasında bildirib ki, bəyanatda Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək koridorun təmin edilməsi də daxil olmaqla çox vacib məsələlər yer alır:

"Azərbaycan Ermənistanla müharibədə açıq üstünlüklə qalib gəlib, öz əzəli torpaqlarını geri qaytarıb. İndi artıq masada başqa şərtlər var və həmin şərtləri də məhz Azərbaycan diktə edir. Cənab Prezident də açıq formada bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, bu anlayış keçmişdə qalıb və biz gələcək haqqında düşünməliyik. Həqiqətən də belədir. Qalib bizik. Regionda əsas söz sahiblərindən biri Azərbaycandır".

Deputatın fikrincə, ən əsas məsələ isə budur ki, məlum üstün mövqeyi Azərbaycan öz gücünə yaratdı. Hətta BMT-nin qətnamələrini də özü icra etdi. Nəticədə isə Ermənistan məğlub oldu, kapitulyasiya aktını imzaladı. Bundan sonrakı bütün proseslərdə və mərhələlərdə də Azərbaycan daim qalib olacaq.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə qeyd edir ki, Moskva görüşü regionda daimi sülhün əldə edilməsi üçün atılan növbəti uğurlu addımdır:

"Bu baxımdan 2021-ci il yanvarın 11-də Rusiya paytaxtında imzalanan bəyanat bilavasitə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə xüsusi olaraq toxunub. Dövlət başçısı bəyan edib ki, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi.

Ümumilikdə bu bəyanat Azərbaycan Prezidentinin regionda yaratdığı yeni reallıqların sənəd üzərində təzahürüdür. Azərbaycan 10 noyabr bəyanatının dəqiqliklə icrasını tələb edir və buna nail oldu.

Baxış sayı : 119
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22