2021-01-11 08:10:06 | AKTUAL
Tariximizin ən şanlı ilinin yekunlarına həsr edilmiş müşavirədə dövlətimizin başçısı olduqca önəmli tapşırıqlar verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə müstəqillik tariximizin ən şanlı ilinin, tarixi Zəfər ilinin yekunlarına həsr edilmiş müşavirə kimi yadda qaldı. Elə müşavirədə müzakirə edilən məsələlər də, 2021-ci ildə görüləcək işlərlə bağlı səsləndirilən fikirlər də tarixi idi.

Çünki cəmi bir neçə ay bundan əvvələ qədər yalnız xəyal edə biləcəyimiz torpaqlarımızın işğaldan azad edilməsi arzusu artıq 2020-ci ildə reallığa çevrilən gerçəklik oldu. Qarşıda duran vəzifələr və görüləcək işlər isə ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın gələcək inkişafı və işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın təmin olunması ilə bağlı idi. Müşavirə, eyni zamanda, həm də 30 illik müstəqillik tariximizin bir növ qısa hesabatı idi. Azərbaycan Prezidenti torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan azad edilməsindən danışarkən bir sıra mühüm məsələləri qeyd etməklə əslində nə üçün işğala məruz qalmağımızın səbəblərinə də toxunaraq bu səbəblərin yeni nəslə obyektiv şəkildə çatdırılmasının aktuallığından danışdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu qeyd edib ki, yalnız tarixi yaddaşda varislilik və milli hesabatlılıq sayəsində tarixdən dərs çıxarmaq və yol verilən səhvləri bir daha təkrar etməmək mümkündür. Üçtərəfli bəyanatda razılaşdırılmış maddələrdən danışarkən bu maddələrin qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu yaxınlarda Ermənistanın xarici işlər nazirinin Azərbaycanın ərazisinə qeyri-qanuni səfərinə də toxunaraq sərt bir şəkildə xəbərdarlıq etdi. Müşavirdə böyük qayıdışın artıq həyata keçirilməsindən danışıldı və aydın oldu ki , hazırda bu qayıdışı təmin edəcək ilkin nəqliyyat və kommunikasiya layihələrinin icrasına başlanılıb və qısa müddətdə xeyli işlər görülüb. Bununla belə, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının və təbii resurslarının qısa müddətdə qiymətləndirilməsi ilə bağlı qarşıda mühüm vəzifələrin dayandığı bildirildi. Şəhərlərimizin yenidən qurulması, tarixi, mədəni və dini abidələrimizin bərpa edilməsi, işğal müddətində erməni vandalizminə məruz qalmış ərazilərimizə dəymiş ziyanın hesablanaraq təzminatla bağlı hüquqi prosedurların başladılması da müşavirədə diqqət mərkəzində olan məsələlərdən idi.

Deputatın sözlərinə görə, ən mühüm məsələlərdən biri isə Vətən müharibəsinin qəhrəmanları olan şəhidlərimizə və onların ailələrinə dövlət qayğısının daimi olacağı ilə bağlı Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlər idi. Prezident bildirdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Dövlət başçımızın göstərişi əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına veriləcək. Bu, kifayət qədər böyük bir proqramdır. Ona görə müharibəyə qədər növbədə dayanan şəhid ailələri bu evlərdə yerləşdirilməlidir. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Doğrudan da belə bir qərarın qəbul edilməsi öz canlarını torpaqlarımızın işğaldan azad edilməsi üçün fəda edən şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə isə diqqət və qayğının nümunəsi kimi qiymətləndirilməlidir.

Baxış sayı : 124
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22