QHT və MEDİA
A- A A+

“Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidentə müraciəti

2016-01-14 19:35:50

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İLHAM ƏLİYEVƏ

Hörmətli Cənab Prezident!
Sizin sədrliyinizlə yanvarın 10-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda (süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil eyni zamanda cəza tədbirlərinin də görülməsi və ölkədə ictimai nəzarət mexanizmlərinin tətbiqi) və başqa sahələrdə görüləcək mühüm işlər haqqında söylədiyiniz dəyərli fikirləriniz və dövlət məmurlarına verdiyiniz tapşırıqlarınız əhali arasında müsbət rəğbətlə qarşılandı.

Lakin, çox təəssüflər olsun ki, bəzi dövlət qurumlarında, sizin verdiyiniz tövsiyə və tapşırıqlara bəzi “dövlət məmurları” əməl etməyərək öz bildiyləri kimi çirkin əməlləri ilə Sizin uğurla apardığınız iqtisadi və sosial siyasətə kölgə salaraq xalqı sizdən narazı salırlar. Belə dövlət qurumlarından biri də Səhiyyə Nazirliyidir. 
Sizin Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyət Planı” nın icrasına dair 5 sentyabr 2012-ci il tarixli Fərmınız və Nazirlər Kabinetinin 30 may 2014-ci ildə qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq “İctimai şuranın vətəndaş cəmiyyəti inistutları tərəfindən seçilməsinə dair Əsəsnamə”nin tələbləri Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində. Dövlət Sosial Fondunda, hətta Dövlət Penitensiar Xidmətinində yaradılaraq əməl edilsə də, ancaq nədənsə ictimaiyyət nümayəndələrinin dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etmələrinə baxmayaraq Səhiyyə Nazirliyində bu günə kimi təmin edilməmişdir.
Çoxsaylı Əfqanıstan, Qarabağ müharibəsi əlili və başqa ağır xəstəliyyə düçar olmuş aztəminatlı vətəndaşların Səhiyyə Nazirliyində yaradılmış Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almalarına baxmayaraq 3 ildən artıqdır ki, onların müalicələri Səhiyyə Nazirliyi tərəfindən təmin olunmamışdır. Hansı ki, hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə aztəminatlı güzəştli ailələrin respublikadan kənarda müalicə olmaları üçün neçə faizsə vəsait ayrılırır. Amma bu vaxta qədər həmin vəsaitlərin nə qədər olması və kimlərə xərcləndiyi Səhiyyə Nazirliyində qalaraq ictimaiyyətə açıqlanmır. 
Xəstə vətəndaşlar bilmirlər yaranmış problemlərin həllində kimə dərdlərini desinlər. Bu şəxslər müalicə olunmaları üçün hətta Heydər Əliyev adına Fondun Prezidenti xanım Mehriban Əliyevaya və ayrı-ayrı aidiyyəti olmayan şirkətlərə müraciət edərək kömək istəyirlər. 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 931

QHT və MEDİA

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

2019-03-18 11:10:25

QHT və MEDİA
Prezident İlham Əliyevin əfv Sərəncamı ...
Prezident İlham Əliyevin əfv Sərəncamı ...

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqla...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...