2021-01-09 10:25:44 | AKTUAL
Ekspert: Əgər ermənilər təxribatçı addımlara davam edəcəksə, Azərbaycan sərt cavab verəcək

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki geniş nitqində ictimaiyyəti narahat edən bütün həssas, önəmli məsələlərə aydınlıq gətirdi və bir daha bəyan etdi ki, Azərbaycan dövlətinin siyasəti Azərbaycan xalqının mövqeyi ilə hər zaman olduğu kimi üst-üstə düşür, vəhdət təşkil edir.

Bunu trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. E.Mirzəbəyli bildirib ki, bu gün çoxlarını heyrətləndirən milli həmrəyliyimizin təməlində də bu amil dayanır: “Dövlətimizin başçısı Azərbaycan üçün keçilməz qırmızı xətt hesab edilən bütün məsələlərlə bağlı dəyişməz mövqeyini qəti şəkildə dilə gətirdi. Əslində Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin səfərlərinin yolverilməzliyi barədə fikirləri ölkəmizin qanunlarına əməl olunmasına məcburetmə barədə xəbərdarlıq kimi də qəbul oluna bilər.

Sülhə məcbur edilənlər, “iti qovan kimi” qovulanlar və onların simasız himayəçiləri Azərbaycan Prezidentinin xəbərdarlıqlarının “bəhərini” artıqlaması ilə daddıqları üçün artıqlaması ilə nəticə çıxaracaqlarına şübhə etmirəm. Əks təqdirdə “iti qovan kimi” əməliyyatının davamı gələcək və iti, sürətli şəkildə həyata keçiriləcək”.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüquq və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır: “Ermənistan üçün kapitulyasiya aktı sayılan bu bəyanatda yer almayan heç bir fəaliyyət Azərbaycanın buna prinsipial icazəsi olmadan həyata keçirilə bilməz. Hazırda ölkəmizin mövsümlə və digər amillərlə bağlı reallıqları nəzərə alaraq, humanitar məsələlərin həllinə razılıq verməsi, yalnız dövlətimizin humanitar mahiyyətindən irəli gələn addım kimi qəbul olunmalıdır.

Əks təqdirdə sui-istifadə hallarına cəhd Ermənistan üçün daha böyük fəlakətlərlə nəticələnə bilər. Azərbaycan Silahlı Qüvvələrinin kiçik bir qrupunun həyata keçirdiyi son antiterror əməliyyatları, dövlətimizin vətəndaşlarımızın və sərhədlərimizin təhlükəsizliyi ilə bağlı güzəştsiz mövqeyi kimi anlaşılmalı və nəticə çıxarılmalıdır.

Baxmayaraq ki, Ermənistandan Azərbaycan ərazisinə keçərək diversiya, terror törətməyə cəhd göstərənlərə münasibətdə də humanizm nümayiş etdirilib, onlar məhv edilməyiblər, əsir götürülüblər. Amma bu hal hər dəfə təkrarlanmayacaq. Bir dəfə oldu və başa çatdı. Növbəti cəhd Ermənistana daha çox cəsədin getməsinə yol açacaq. Azərbaycan bununla bağlı öz mövqeyini dəfələrlə ifadə edib: Ölmək istəmirlərsə, Azərbaycan ərazisinə gəlməsinlər”.

Baxış sayı : 107
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22